Tayvanda 6,4 bal gücündə zəlzələ baş verib

Tayvan adasının şərq sahilində yerləşən Xualyan şəhərində 6.4 bal gücündə zəlzələ baş verib.

905267
Tayvanda 6,4 bal gücündə zəlzələ baş verib

Təbii fəlakət nəticəsində 4 nəfər həyatını itirib 225 nəfər yaralanıb.145 nəfər itkin düşüb. Uçmuş Marshal oteldə xilasedicilərin səylərinə baxmayaraq 29 nəfər qapalı qalıb.

6,4 bal gücündə zəlzələ yerli vaxtla saat 23:50-də adanın şimal-şərqində yerləşən Xualyan şəhərinin yaxınlığında qeydə alınıb. Yeraltı təkanların ocağı 11 kilometr dərinlikdə yerləşib.

Zəlzələdən sonra Çinin seysmoloji mərkəzi tərəfindən fərqli bal gücündə yeraltı təkanları qeydə alınıb.

Prezident Tsai Ing-Wen müvafiq nazirliklərə fəlakət mexanizmlərini səfərbər etməyi əmr edib.

Qeyd edək ki, 1999-cu ildə Tayvanda baş verən 7.6 bal gücündəki zəlzələ nəticəsində 2,300 nəfər həyatını itirmişdi.


 

 



Әlaqәli Xәbәrlәr