Dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın  Vatikana  səfəri başladı

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın  Vatikana və İtaliyaya səfəri başladı.

903665
Dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın  Vatikana  səfəri başladı

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın  Vatikana və İtaliyaya səfəri başladı.

Dövlət başçısı və həyat yoldaşını İtaliyanın paytaxtı Romada Fimicino Leonardo da Vinci Hava Limanında Türkiyənin Vatikan səfiri Mehmet Paçacı, Türkiyənin Roma səfiri Murat Salim Əsənli ilə yanaşı Vatikan tərəfindən protokol müdiri Yose Bettankort, İtaliya prokotol müdiri Rikordo Quarrilia ilə Vatikan və Roma səfirliklərinin personalı qarşılayıb.

Dövlət başçı Ərdoğanın Roma Papası ilə görüşündə Türkiyə-Vatikan əlaqələri, Qüdslə bağlı vəziyyət, regional problemlər, Suriyada yaşanan insanlıq faciəsi, terror, xarici və İslam düşmənçiliyilə mübarizə kimi mövzular müzakirə ediləcək.

Ərdoğan Vatikana səfərindən sonra Romada İtaliya prezidenti Sergio Mattarella ilə görüşəcək və bu ölkənin Baş naziri Paolo Gentilonini qəbul edəcək.

Dövlət başçısı Romaya səfəri zamanı İtaliyadakı bir sıra firmaların rəhbərlərilə də bir araya gələcək.

Ərdoğanın Vatikana səfəri 59 ildən sonra dövlət başçısı səviyyəsində reallaşan ilk səfərdir.


Etiketlәr: #Roma Papası , #Vatikan

Әlaqәli Xәbәrlәr