Nobel laureatları arasında nə qədər qadın var?

Beynəlxalq Qadınlar Günü münasibətilə qadının ictimaiyyətdə tutduğu yerin əhəmiyyəti daha çox vurğulanır.

686558
Nobel laureatları arasında nə qədər qadın var?

Beynəlxalq Qadınlar Günü münasibətilə qadının ictimaiyyətdə tutduğu yerin əhəmiyyəti daha çox vurğulanır.

Ancaq rəqəmlər bu həqiqəti elə çox əks etdirmir.

Misal üçün Nobel mükafatına 1901-ci ildən bəridir sadəcə 48 qadın layiq görülüb. Kişilərdə isə bu rəqəm 822-dir.

Sülh və ədəbiyyat qadınların ən çox mükafata layiq görüldüyü sahələr olub. Qadınlar 16 sülh, 14 ədəbiyyat, 12 fiziologiya və tibb, 4 kimya, 2 fizik və 1 də iqtisadiyyat sahəsində mükafata layiq görülüb.

"Mən Nobel kimi insanlığın yeni kəşflərdən şərdən daha çox xeyir əldə edəcəyini düşünən insanlardan biriyəm" deyən Mariya Küri ilk qadın Nobel mükafatı laureatıdır. O, 1903-cü ildə fizik, 1911-ci ildə isə kimya sahəsində iki dəfə bu mükafata layiq görülən tək qadındır.

Nobel Sülh Mükafatını 2014-cü ildə terror təşkilatı Talibanın hücumuna məruz qalan Pakistanlı 17 yaşındakı tələbə Malala Yusifzai, 1991-ci ildəMyanmanın xarici işlər naziri Aung San Suu cii, 2011-ci ildə yəmənli fəal Təvəkkül Karman, Liberiyanın prezidenti Ellen Johnson-Sirleaf və liberiyalı Leymah Gbowee, 2004-cü ildə afrikalı Wangari Maathai qazandı.

Selma Lagerlöf isə ədəbiyyat sahəsində 1909-cu ildə mükafat qazanan ilk qadın oldu.

Fiziologiya və ya tibb sahəsindəki ilk mükafatı 1947-ci ildə biyokimyager Gerty Theresa Cori aldı. Cori mükafatı yoldaşı Carl Ferdinand Cori və Argentinalı fizyolog Bernardo Houssay ilə birlikdə paylaşdı.

Fransız virolog Françoise Barre-Sinoussi də 2008-ci ildə HIV kəşfləri səbəbiylə fiziologiya və ya tibb mükafatına layiq görülmüşdür.



Әlaqәli Xәbәrlәr