Türkiyə, Körfəz və Regional Sahiblik

Türkiyə prezidentinin sözçüsü İbrahim Kalının “Daily Sabah” qəzetində dərc olunan məqaləsi

675990
Türkiyə, Körfəz və Regional Sahiblik

Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın Körfəz və Orta Şərq regionlarında uzunmüddətli sülh və sabitliyi təmin etmək üçün iqtisadi əlaqələri və terrorizmlə mübarizə səylərini gücləndirməyin, eyni zamanda, region ölkələri arasında əməkdaşlığın zəruri  olduğunu bildirdi.

Kalın “Daily Sabah” qəzetində dərc etdirdiyi "Türkiyə, Körfəz və Regional Sahiblik" başlıqlı məqaləsində prezident Rəcəb Tayyib Ərdoğanın üç Körfəz ölkəsinə- Bəhreyn, Səudiyyə Ərəbistanı və Qətərə etdiyi səfərlərini şərh etdi.

Məqaləsində prezident Ərdoğanın səfərlərini Körfəz bölgəsinin və Orta Şərqin kritik bir dövründə həyata keçdiyini qeyd edən Kalın mövcud qlobal qarşıdurmanın və regional güc rəqabətinin Orta Şərqdə və İslam dünyasında mülki vətəndaşlara və siyasi quruluşlara zərər verdiyini bildirir.

Prezident sözçüsü yeni münaqişələrdən qaçmaq üçün qüvvə tarazlığının qurulmasının vacibliyini vurğulayır və: “Türkiyə regional problemlərin həlli üçün səy göstərir. Prioritetlərimizi düzgün müəyyən etmək, xalqlarımızın təhlükəsizliyini və inkişafıni təmin edəcək “qarşılıqlı faydalanma” prinsipi əsasında qurulan əlaqələri genişləndirmək düzgün istiqamətdə atılan addımdır. Qüvvə tarazlığının bütün tərəflərin marağına uyğun olduğu dərk olunduğu zaman qatı extremizmi və məzhəb toqquşmasını dayandırmaq mümkün olacaq " deyir.

İbrahim Kalın yazdığı məqalədə terrorla mübarizə məsələsinə də toxunur və Ciddədə 2008-ci ildə yaradılan Türkiyə-Körfəz Əməkdaşlığı Şurası ölkələrinin Türkiyənin terror təşkilatları PKK və FETÖ ilə bağlı təhlükəsizlik qayğısını başa düşdüklərini, hər ikisini terror təşkilatı elan etdiklərini xatırladır.

Kalın:“Səudiyyə Ərəbistanı, Qətər və Bəhreyn öz ölkələrində FETÖ qurumlarının və şəxslərinin fəaliyyətini dayandırmaq üçün müəyyən addımlar atıblar. DEAŞ və digər terror təşkilatları ilə ideoloji və hərbi mübarizə, eyni zamanda, bütün tərəflərin bölüşdüyü ortaq məqsəddir. Eyni dərəcədə əhəmiyyətli olan başqa bir məsələ İslam dünyasında və qərb ölkələrindəki ekstremizm tərəfdarlarının zorakılıq və terror aktları ilə İslamı əlaqələndirmələrinin qarşısını almaq üçün sərf edilən ümumi səylərdir" yazır.



Әlaqәli Xәbәrlәr