Uca Türk Milləti, Sən Böyüksən!

15 iyulda xain çeviriliş cəhdindən etibarən yeni bir tarix yazan Türk milləti qəhrəmanlıq dastanına İstanbul Yenikapıda “Demokratiya və Şəhidlər Mitinqi”ndə imzasını atdı.

547342
Uca Türk Milləti, Sən Böyüksən!

15 iyulda xain çeviriliş cəhdindən etibarən yeni bir tarix yazan Türk milləti qəhrəmanlıq dastanına İstanbul Yenikapıda “Demokratiya və Şəhidlər Mitinqi”ndə imzasını atdı.

O millət ki, 3 həftə əvvəl üzərinə bomba yağdırılmışdı.

Küçələrdə əsgər geyimində olan xəyanətkarların tankla tüfənglə hücumlarında 240 canını şəhid vermiş.

Daha 3 həftə əvvəl müstəqilliyinə qəsd nəzərdə tutulmuş, torpaqları işğalın kəndarından dönmüş, suverenliyi əlindən alınmaq istənilmişdi...

Məclisi dağılıb bağlanılmaq, dövlət başçısı öldürülmək, sərhədləri yenidən cızmaq məqsədiylə hazırlanan alçaq bir ssenarini aradan qaldırmış...

Yetməmişdir, 22 gecədir ki, küçələrdə günəşin doğuşunu gözləmiş, qaranlığın aydınlığa döndüyündən əmin olub evinə ancaq o zaman getmiş...

Və nəhayət 23-cü gün İstanbulda, dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın çağırışıyla, “mən bu partiyalıyam”, “mən bu etnikdənəm” demədən, əlində Türk bayrağı ilə tək səs tək nəfəs olmuş...

O, millət ki, 15 iyul gecəsi sahib çıxdığı demokratiyasının, cümhuriyyətinin zəfərini İstanbul Yenikapıda ölümsüzlüklə qeyd etmiş...

Eyni vaxtda Diyarbakırdan Ədirnəyə, Antaliyadan Sinopa, küçəyə çıxıb “Türkiyə bölünə bilməz” şüarlarını, Pensilvanyadakı o xainə və o ilanı bəsləyənlərə bağıraraq demiş...

Suriyadan, Əfqanıstandan, İraqdan Türkiyəyə sığınmış, vətən sevgisini burada dadmış yüz minləri də yanına almış...

Uca Türk milləti!

Sən böyüksən!

Qanını daşıyanı qürurlandırır, yadları qısqandırırsan.

Dostuna güvənir, düşməninə qorxu salırsan.

İstiqlal Marşınla bütün şəhidlərini yad edir, bayrağınla müstəqilliyini əbədiyyətə ucaldırsan.

Necə bir imandır ki, öldürmək istəyirlər, yenidən doğulursan, diz çöktürümək istəyirlər daha da şahələnirsən.



Әlaqәli Xәbәrlәr