BMT Güvənlik Şurası İŞİD’i töhmət edib

BMT Güvənlik Şurası İŞİD’i kəskin dillə töhmət edib

132720
BMT Güvənlik Şurası İŞİD’i töhmət edib

BMT Güvənlik Şurası İŞİD’i kəskin dillə töhmət edib.
Şura, uluslararası ictimaiyyətdən İŞİD ilə mübarizə yeridən İraq’a dayaq olunmasını istəyib.
ABŞ Dövlət Katibi Kerry’nin sədrliğini yeritdiği və Xariciişlər Naziri Məvlüt Çavuşoğlu’nun da iştirak etdiği yığıncaqda İraq’a arxa çıxılıb və İŞİD qınanıb.
BMT Təhlükəsizlik Şurası yaydığı töhmətləndirmə mesajında deyib: İraq və digər ölkə vətəndaşlarına törətdiği qırğınlar, adam oğurlama, təcavüz və işgəncələrin günahkârı kimi İŞİD’i nifrətlə qınayırıq.
Şurada, İŞİD’in həyata keçirdiği cinayətlərin bəzisinin bəşəriyyətə qarşı işlənmiş hərbî cürm kimi qəbul ediləcəği vurğulanıb.
Güvənlik Şurası gələn həftə prezident Obama’nın rəhbərliğində yığışaraq İŞİD’ə qarşı uluslararası sahədə öhdəliği olan bir qərar layihəsini qəbul edəcək.
Təhlükəsizlik Şurası’na üzv ölkələrə əlavə olaraq Türkiyə, Bəhreyn, Belçika, Kanada, Misir, Finlandiya, Almaniya, İraq, İran, İtaliya, Yaponiya, Lübnan, Hollandiya, Norveç, Omman, Polşa, Səudiyyə Ərəbistanı, İspaniya və Birləşik Ərəb Əmirlikləri’ndən diplomatik nümayəndələr də yığıncaqda iştirak edib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr