Boko Haram sərhədlərini genişləndirir

Nigeriya’nın şimalında dırnaqarası xilafət dövləti yaratdığını elan edən Boko Haram təşkilatı sərhədlərini getdikcə genişləndirir

131613
Boko Haram sərhədlərini genişləndirir

Nigeriya’nın şimalında dırnaqarası xilafət dövləti yaratdığını elan edən Boko Haram təşkilatı sərhədlərini getdikcə genişləndirir.
Partizanlar bölgədə bir ay ərzində 25 kənd və qəsəbəni tutub. Katolik keşişlər, Warri şəhərində bir araya gəlib Boko Haram’a qarşı uluslar arası yardım edilməsi haqda çağırış ediblər.
Keşişlər bildirib ki, Boko Haram, Yobe vilayətində 10, Borno vilayətində 10, Adawama vilayətində də 5 kəndlə qəsəbəni əlinə keçirib. Onlar həmçinin Boko Haram’ın, bölgədəki gənclərin öz səflərində mübarizə yeritməsi üçün təzyiq etdiğini və qızları da cəbirlə öz partizanları ilə evləndirdiğini, Boko Haram’a qarşı yeridilən bu hərbdə uduzmaq üzrə olduqlarını da irəli sürüb.
Nigeriya ordusu isə Boko Haram’ın irəlilədiği haqdakı xəbərləri təkzib edib.
Boko Haram partizanları Kano vilayətində Qərb sayağı tədris proqramı yeridən bir kollecə sırağagün hücum çəkərək 13 şagirdi qətlə yetirmiş, 34 şagird də yaralamışdı.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr