Türkiyə, İŞİD partizanını Fransa’ya təhvil verib

Türkiyə, İŞİD partizanını Fransa’ya təhvil verib

122754
Türkiyə, İŞİD partizanını Fransa’ya təhvil verib

Türkiyə, İŞİD partizanını Fransa’ya təhvil verib.
Fransa da Türkiyə’nin İŞİD partizanını özlərinə təhvil verdiğini açıqlayıb.
Fransa mətbuatı, Türkiyə’nin, Morako köklü Fransa vətəndaşı Murad Fares’i Fransa’ya təhvil verdiğini yazıb. Mətbuatın məlumatına əsasən Fares, Avqust ayında rəsmî bir sənəd götürmək məqsədiylə Fransa’nın İstanbul’dakı konsulluğuna gedib. Ona istədiği sənədləri verən Fransa konsulluğu İstanbul Atatürk Havalimanı’nda Fares’in tutulması üçün Türkiyə’yə müraciət edib. Bu müraciəti müsbət qəbul edən Türk xadimləri polis idarəsinə lazımi xəbərdarlığı edərək Fares’i tutdurub.
Fransa Daxiliişlər Naziri Bernard Cazeneuve tərəfindən yayılan yazılı açıqlamada Fares’in Fransa’ya təhvil verildiği bildirilib. Açıqlamada həmçinin deyilib ki, Fares, xüsusilə Strasbourg və Toulouse şəhərlərində Suriyə’də gedən toqquşmalarda iştirak etmək məqsədiylə gəncləri aldadıb yığmaq işini öhdəsinə götürüb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr