Türkiyə, Ukrayna’da fəxri konsulluq açıb

Dünən ölkənin şərqi hissəsində yerləşən Xarkov şəhərində fəxri konsulluğun açılış mərasimi təşkil olunub

245072
Türkiyə, Ukrayna’da fəxri konsulluq açıb

Türkiyə, Ukrayna’da fəxri konsulluq açıb.
Dünən ölkənin şərqi hissəsində yerləşən Xarkov şəhərində fəxri konsulluğun açılış mərasimi təşkil olunub. Mərasimində Türkiyə’nin Kiyev’dəki fövqəladə səfiri Can Yönət Tezəl, Türkiyə’nin Xarkov’dakı Fəxri Başkonsulu Vladimir Beliy, Xarkov valisi İqor Baluta ilə məhəlli idarəçilərlə universitetlərin rektorları, sahibkârlar və mətbuat işçiləri iştirak edib.
Kiyev’dəki səfirimiz Can Yönət Tezəl bu barədə deyib: Fəxri konsulluq, bu bölgədə yaşayan vətəndaşlara, sahibkârlara kömək olacaq, onların üzləşdikləri çətinlikləri aradan götürəcəkdi. Ukrayna ilə Türkiyə arasındakı iqtisadi və ticari əlaqələrin inkişaf etdirilməsi yönündən fəxri konsulluğun açılması önəmli bir hadisədir. Bura başa düşülən mənada diplomatik nümayəndəlik olmasa da bəzi işləri və məsuliyətləri yerinə yetirəcəkdi.
Ukrayna bizim dostumuz və strateji şərikimizdir. Bu səbəblə Ukrayna halhazırda çətin vəziyyətdədir və onun bu problemlərini tezliklə həll etməsini səmimi qəlbdən arzulayırıq. Digər tərəfdən bu bizim maraqlarımızla da üst-üstə düşür. Ukrayna, potensiyalı yüksək olan bir ölkədir. Biz inanırıq ki, yaxşı bir yol izlənərək üzləşilən problemlər həll ediləcəkdi. Yeni açılan konsulluq buranın Türkiyə’də və eynilə Türkiyə’nin də burda tanınmasında önəmli işlər görəcəkdi.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr