Ərdoğan Bakı-Tbilisi-Qars Dəmir yolunun açılışında çıxış etdi

  Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Bakı-Tbilisi-Qars Dəmir yolunun iqtisadi gəlirlə yanaşı bölgeye sülh, təhlükəsizlik və sabitlik də gətirəcəyini vurğuladı.

  Rəsmi səfərlə bağlı Azərbaycanın paytaxtı Bakıya gedən R.T.Ərdoğanı Bakı Heydər Əliyev Hava Limanında Azərbaycan Baş nazirinin müavini Yaqub Eyyubov, Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral və digər rəsmi nümayəndələr qarşılayıb.

  Türkiyənin dövlət başçısı R.T.Ərdoğan həyat yoldaşı Əminə Ərdoğan, İqtisadiyyat naziri Nihat Zeybekci, Enerji və Təbii Qaynaqlar naziri Berat Albayrak, Milli Təhsil naziri İsmət Yılmaz, Milli Müdafiə naziri Nurəddin Caniklili və Nəqliyyat, Dənizçilik və Kommunikasiya naziri Əhməd Arslanla birlikdə Bakıda oldu.

  İlk olaraq Bakı-Tbilisi-Qars Dəmir yolu xəttinin açılışında iştirak edən Ərdoğan çıxışında bunları dedi:

  “Qətiyyətimizin əsəri olan bu layihə çox böyük zəhmət, fədakarlıq, alın təri ilə həyata keçirildiyi üçün çox qiymətlidir.

  Bu dəmir yolu ölkələrimizin bəşəri inkişafına töhfə verəcək.

  Bakı-Tbilisi-Qars Dəmir Yolu layihəsinin 1 milyon sərnişin və 6,5 milyon tonluq yükdaşıma gücünə malikdir. 2030-cu ildə həcmi 3 milyon sərnişin və 17 milyon ton yükə çatacaqdır".

  R.T.Ərdoğan axşam yeməyində də Azərbaycan prezidenti İ.Əliyev, Qazaxıstanın Baş naziri B.Sagintayev, Özbəkistan Baş naziri A.Aripov və Gürcüstanın Baş naziri Georgi Kvirikaşvili ilə bir arada olacaq.