Burseya dağı Zeytun Budağı Hərəkatı nəticəsində ələ keçirildi

  İşğal qüllələri, səngərlər, silahdan beton-qoruma və sığınacaqlar. Bəhanələri DEAŞ-la mübarizə aparmaq idi. Ancaq aylarla bütün hazırlıqlarını Türkiyə sərhədinə yönəltdikləri ortaya çıxdı. Tək başlarına altından qalxa bilmədikləri mühəndislik və infrastruktur məsələsində yardım aldıqları da bəllidir.

  Strateji əhəmiyyəti olan Burseya dağı Türkiyə Silahlı Qüvvələrinin Zeytun Budağı Hərəkatı nəticəsində ələ keçirildi.

  Terrorçulardan qalan görüntülər isə tablonu çox aydın şəkildə göstərir.

  Uzun müddət müdafiə və mühafizə məqsədilə hazırlandıqları Burseya dağında beton səngər və sığınacaqlar görünür.

  Hər bir sığınacaq və qəlib betonla gücləndirilmiş səngərlər bir-birinə bağlı şəkildə qurulub.

  Müdafiə üçün müqavimət mərkəzi yaradılıb.

  Terrorçuların iki qurğu arasında motosiklet və tək təkərli “samokat” istifadə etmələri belə düşünülüb.

  Səngərlərin üzəri örtülərək hava və digər hücumlara qarşı da qorunub.     

  Rəsmilər belə bir hazırlığın hərbi mütəxəssissiz aparılmasının mümkün olmadığını qeyd edir.

  Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu terrorçuların aylardır sürən hazırlığını bir neçə günə altını üstünə çevirdi.

  Türkiyə Ordusu 848 hektarlıq strateji dağı çox da çətinlik çəkmədən ələ keçirdi.