Yol kamerası ilə gizlənpaç oynayan tutuquşu (video)

 

 

  Braziliyada yol kamerasına maraqla baxan tutuquşunun görüntüsü paylaşılıb.  

  Oktyabrın 29-da Braziliyanın Parana əyalətinin Kuritiba şəhəri yaxınlığındakı BR-116 şosesində tutuquşu təhlükəsizlik kameralarına düşüb. Şirin tutuquşu təhlükəsizlik kamerası ilə gizlənqaç oynayarkən hər saniyəsi lentə alınıb.

  Yol monitorinqi şirkəti “Arteris Planalto Sul”un sosial media hesabında “Xüsusi ziyarət” rubrikası altında paylaşılan görüntülərdə şose kamerasının üstündə oturan firuzəyi tutuquşunun yuxarı sağ və sol künclərə başını yelləyərək bir neçə dəfə peyda olub yoxa çıxdığı görünür

  Tutuquşu "amazona aestiva" növündəndir.