Xirosima faciəsinin üzərindən 71 il keçdi
Bu günlər yaponlar İkinci Dünya Müharibəsində Amerika Birləşmiş Ştatlarının 6 avqust 1945-ci ildə Xirosima şəhərinə atdığı atom bombasında ölən qurbanları mərasimlərlə yada salır.
ABŞ Hiroşimaya tarixin ilk atom bombasını atdığı zaman eyni anda 80 min adam həyatını itirdi. Şəhərin 90 faizi məhv oldu.
Üç gün sonra ABŞ Yaponiyanın digər şəhəri Naqasakiyə ikinci bir atom bombası atdı. Yenə minlərlə adam öldü.
Bu bomba təhdidlərindən sonra Yaponiya İkinci Dünya Müharibəsində uduzduğunu qəbul edərək geri çəkildi.
Böyük faciə 71-ci ildönümündə acı xatirələrlə mərasimlərlə qeyd edilir. Hiroşimadakı dövlət tədbirində ölənlərin xatirəsinə sülh zəngi çalınıb. İştirakçılar bir dəqiqəlik sükutla qurbanları yad edib.
Mərasimlərə qatılan Yaponiyanın Baş naziri Şinzo Abe dünyanın nüvə silahlarından təmizlənilməsi üçün bir daha beynəlxalq aləmə səslənib.