Culian Assanjı həbs edildi

Britaniya polisi “WikiLeaks” saytının yaradıcısı Culian Assanjı həbs edib.

Ekvador hökuməti Assanja diplomatik sığınacaq verməkdən imtina etdikdən sonra polis əməkdaşları ölkənin səfirliyinə dəvət olunub. Britaniyanın xarici işlər naziri Ceremi Hant bu addıma görə Ekvador Prezidenti Lenin Morenoya minnətdarlığını bildirib.“WikiLeaks” isə öz növbəsində Ekvador hakimiyyətinin beynəlxalq hüququ pozaraq Assanjın siyasi sığınacağına son qoyduğunu bəyan edib.

Xatırladaq ki, Culian Assanj 2012-ci ildən siyasi sığınacaq tələbi ilə müraciət etdiyi Ekvadorun Londondakı səfirliyində gizlənirdi. 


Etiketlәr: Culian Assanjı