Kamçatkadakı Şeveluç vulkanı aktivləşdi

  Rusiyanın Kamçatka vilayətindəki Şeveluç vulkanı aktivləşib.

  Rusiya Elmlər Akademiyasının Birləşmiş Geofizika Xidmətinin məlumatına görə püskürmənin kül buludu dəniz səviyyəsindən 8 kilometr yüksəklikdədir, şimal-qərb istiqamətinə doğru genişlənir.