Türkiyə mətbuatı: 17 aprel 2024

Türkiyə mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi.

2128610
Türkiyə mətbuatı: 17 aprel 2024

''Yeni Şafak'': Rəcəb Tayyib Ərdoğan: ''Ərbilə gedə bilərəm''

Nazirlər Kabinetinin iclasından sonra Prezident İqamətgahında jurnalistlərlə söhbət edən prezident Rəcəb Tayyib Ərdoğan qarşıdakı  günlərdə İraqa edəcəyi səfərin əhəmiyyətini vurğulayıb. Türkiye Prezidenti deyib: "Bir çox müqavilələr imzalanacaq. Mən Ərbilbilə də səfər edə bilərəm”.

''Sabah'': Qəzzaya 9-cu yardım gəmisi Mersindən yola düşdü

Türkiyə Qızıl Aypara Cəmiyyətinin Qəzza üçün hazırladığı 3 774 ton humanitar yardımın yükləndiyi gəmi dünən Mersin Beynəlxalq Limanından yola düşüb. Türkiyə Qızıl Aypara Cəmiyyətinin sədri Fatma Meriç Yılmaz  deyib:“İndiyədək Qəzzaya 13 təyyarə və 8 gəmi ilə humanitar yardım göndərilib. 9-cu gəmimizi göndərdik. Bu gəmi indiyə qədər bir səfərdə ən çox yardım materialı daşıyan gəmi olub".

''Hürriyet'': Türkiyənin ilk yerli müşahidə Peyki İMECE kosmosdakı ilk ilini uğurla başa vurdu
Sənaye və Texnologiya naziri Mehmet Fatih Kacır Türkiyenin milli imkanlarla hazırlanmış müşahidə peyki olan İMECE-nin kosmosdakı ilk ilini başa vurduğunu açıqlayıb. Mehmet Fatih Kacır rəsmi internet səhifəsində etdiyi paylaşımda İMECE-nin orbitə çıxdığı andan etibarən missiyasını uğurla yerinə yetirdiyini bildirib.

''Star'': Azərbaycan prezidentiİlham Əliyev Türkiyə-Azərbaycan Universitetini rəsmən təsdiqləyib

Azərbaycan prezidenti İlham Əliyev Türkiyə ilə Azərbaycan arasındakı əməkdaşlıq çərçivəsində yaradılması planlaşdırılan Türkiyə-Azərbaycan Universitetini rəsmən təsdiqləyib.

''Vatan'': KEMANKEŞ 2 mini qanadlı raketin sınaq prosesinə start verildi

''Baykar'' şirkəti tərəfindən hazırlanmış yüksək texnologiyalı pilotsuz sistemlərin sınaqları uğurla davam edir.  Ədirnənin Keşan rayonundakı Baykar Uçuş Tədris və Sınaq Mərkəzində KEMANKEŞ 2 mini qanadlı raketin sınaq prosesinə start verilib.



Әlaqәli Xәbәrlәr