Türkiye mətbuatı: 5 aprel 2024

Türkiye mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi.

2125025
Türkiye mətbuatı: 5 aprel 2024

''Yenişafak'': Milli Təhlükəsizlik Şurasının iclasında terrorla mübarizə məsələsi müzakirə olunub
Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən Milli Təhlükəsizlik Şurasının iclasından sonra verilən yazılı bəyanatda terrorla mübarizə məsələsi müzakirə olunub.
Bəyanatda bu ifadələrə yer verilib: "Bölgəmizin gələcəyində terror təşkilatlarına və onların dəstəkçilərinə yer qalmayacaq".

''Habertürk'': Milli Təhlükəsizlik Şurasının iclasında Qəzzada sülhün təmin olunması üçün göstərilən səylərə dəstək verilməsi ilə əlaqədar çağırış edilib

Milli Təhlükəsizlik Şurasının iclasından sonra yayımlanan bəyanatda 
beynəlxalq ictimaiyyətə Qəzza xalqına və yardım təşkilatlarına qarşı hücumların ən qısa zamanda dayandırılması və Türkiyenin göstərdiyi səylərə dəstək verilməsi ilə əlaqədar çağırış edilib.

''Vatan'': Türkiyenin ixrac həcmi rekord səviyyədə artıb

Ticarət naziri Ömər Bolat Türkiyənin mart ayında 22 milyard 578 milyon dollar məbləğində ixrac əməliyyatı həyata keçirdiyini deyib. Yanvar-mart ayları arasında isə 63,7 milyard dollarlıq ixrac əməliyyatının həyata keçirildiyi bildirilib.

''Star'': TUSAŞ-ın yeni texnologiyası BƏƏ-nin diqqətini çəkdi

Türkiyenin müdafiə sənayesi məhsulları KAAN və HÜRJET-də də istifadə edilən TUSAŞ texnologiyası və sistemləri BƏƏ-nin ən böyük müdafiə və aerokosmik şirkətlərinin diqqətini çəkib. Sistemləri inkişaf etdirən TAAC ilk beynəlxalq müqaviləsini BƏƏ ilə imzalayıb.

''Sabah'':  İstanbul Hava Limanı Avropanın ən işlək hava limanları arasında birinci olub
İstanbul Hava Limanı 25-31 mart tarixləri arasında gündə orta hesabla 1328 uçuşla Avropanın ən işlək hava limanı oldu.
Avropa Hava Naviqasiyasının Təhlükəsizliyi Təşkilatının (Eurocontrol) 25-31 mart tarixləri üçün Avropa Aviasiya Hesabatı dərc olunub.
Hesabata görə, İstanbul Hava Limanı bu müddət ərzində gündə orta hesabla 1328 uçuşla Avropanın ən işlək hava limanları arasında birinci olub.



Әlaqәli Xәbәrlәr