Türkiye mətbuatı: 3 aprel 2024

Türkiye mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi.

2123978
Türkiye mətbuatı: 3 aprel 2024

''Star'': Metina və Qarada hava əməliyyatları həyata keçirilib
İraqın şimalındakı Metina və Qara bölgələrində həyata keçirilən hava əməliyyatında 6 PKK terrorçusu zərərsizləşdirilib.

''Vatan'': Türkiye vətəndaşları üçün gömrük məntəqələrində viza dövrü başladı
Yunanıstan adalarına səyahət etmək istəyən Türkiye vətəndaşları üçün gömrük məntəqələrində viza dövrü başladı. Türk turistlər Yunanıstanın 10 adasındakı limanlarda alacaqları viza ilə bu adalarda bir həftəyə qədər qala biləcəklər.

''Sabah'': İlk gəmi lövbər saldı

Rusiyanın Soçi şəhərindən yola düşən və 707 sərnişin daşıyan "Astoria Grande" adlı kruiz gəmisi Misir səfərindən sonra İzmirə gəlib. Turistlər şəhər mərkəzindəki tarixi Kemeraltı bazarını və Səlcuq rayonundakı Efes Antik Şəhərini ziyarət ediblər.

''Hürriyet'': Avtomobil satışları artır

Mart ayında Türkiyedə avtomobil satışları rekorda imza atıb. Keçən ay ölkə daxilində 109 min 828 avtomobil və yüngül ticari vasitə satılıb.

''Haber Türk'': Yağız Kaan Erdoğmuş 12 yaşında qrossmeyster tituluna sahib oldu

''Grenke'' açıq şahmat turnirində yarışan Yağız Kaan Erdoğmuş 12 yaşında qrossmeyster titulunun sahibi olub. Şahmat tarixində buna nail olan 4-cü gənc olan Yağız Kaan Erdoğmuşla Türkiyedəki qrossmeysterlərin sayı 16-ya yüksəldi.



Әlaqәli Xәbәrlәr