Türkiye mətbuatı: 2 aprel 2024

Türkiye mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi.

2123425
Türkiye mətbuatı: 2 aprel 2024

''Yeni Şafak'': “Seçicilərdən Ədalət və İnkişaf Partiyasına mesaj”

Martın 31-də keçirilən bələdiyyə seçkilərində sürpriz nəticə qeydə alındı. 2002-ci ildən bu yana bütün seçkilərdə qələbə əldə edən Ədalət və İnkişaf Partiyası (AK Partiya) ilk dəfə uğur qazana bilmədi. Yaşayış xərclərinin artması və pensionerlərin maaş artımlarını qeyri-adekvat hesab etməsi belə nəticənin əldə edilməsində rol oynayıb. Bəzi seçicilərin seçkilərdə iştirak etmədiyi bildirilib.

''Vatan'': Türkiyenin vitse-prezidenti Cevdet Yılmaz: ''İnflyasiya ilə mübarizə əsas prioritetimizdir”

Türkiyenin vitse-prezidenti Cevdet Yılmaz deyib:"Bu ilin ikinci yarısından etibarən inflyasiya ilə mübarizəmizin nəticələrini açıq şəkildə görməyə başlayacağıq. Beləliklə rifah səviyyəsinin yüksəlməsini təmin edəcəyik''.

Sabah: “Türkiyeyə kapital axını başlayacaq”

Amerikanın investisiya bankı ''Goldman Sachs''ın iqtisadçıları Türkiyedə keçirilən bələdiyyə seçkilərdən sonra türk lirəsi ilə bağlı açıqlamalar veriblər. ''Goldman Sachs''ın iqtisadçıları növbəti dövrdə kapital axının artması ilə türk lirəsinin son aylarla müqayisədə daha yaxşı performans nümayiş etdirməsini gözləyirlər.

Star: “İstanbul birjası 100 indeksi dünya indekslərini üstələdi”

İstanbul birjası 100 indeksi mart ayını 0,56 faiz azalaraq 9,142,40 bəndlə tamamlasa da, ilin ilk rübündə 22,39 faiz dəyər qazanaraq qlobal səhm bazarlarını üstələdi.

Haber Türk:  Türkiye Şifa xəstəxanasında qeydə alınan görüntülərlə bağlı bəyanat yaydı

Türkiye Xarici İşlər Nazirliyi Qəzzadakı Şifa xəstəxanasında qeydə alınan görüntülərlə bağlı bəyanat yaydı. Bəyanatda bu ifadələrəyer verilib: “Şifa xəstəxanasında lentə alınan görüntülər İsrailin Fələstin xalqını qəsdən və sistemli şəkildə məhv etməyi hədəflədiyinin sübutudur. İsrail hakimiyyətinin son altı ayda törətdiyi cinayətlər bəşəriyyət tarixində yaşanan ən böyük vəhşiliklər sırasında öz yerini tutub. Bu cinayətləri törədən hər kəs mühakimə olunacaq və bu cinayətlərə göz yumanların adı tarixə qara ləkə kimi düşəcək”.



Әlaqәli Xәbәrlәr