Türkiyə mətbuatı, 26 mart 2024

“Yeni Şafak”, “Star”, “Hürriyet”, “Vatan” və “Sabah” nələrdən yazır?

2120213
Türkiyə mətbuatı, 26 mart 2024

 

“Yeni Şafak”: Ərdoğan “Terrorçuların yuvalarını dağıtdıq" deyib

   Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Çorumdakı çıxışında bildirib: "Türkiyəni separatçı terror bəlasından xilas edənə qədər mübarizəmizi davam etdirəcəyik. Terrorçuların yuvalarını dağıtdıq. Suriyada apardığımız hərbi əməliyyatlarla vətənimizi dağıtmaq planlarını məhv etdik”.

“Star”: TÜRKSAT 6A üçün geri sayım başladı

  Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır deyib: "Türkiyənin ilk milli rabitə peyki TÜRKSAT 6A-nı 2024-cü ilin 8 iyulunda  kosmosa göndərəcəyik və beləliklə, dünyada öz rabitə peyklərini inkişaf etdirə bilən 11 ölkədən biri olacağıq".

“Hürriyet”: Ersoy “Tədbirlərin sayında 6 mini keçəcəyik" deyib

  Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy Türkiyə Kültür Yolu Festivalında bu il tədbirlərin sayında 6 mini keçəcəklərini söyləyərək bildirib: “8 aya yayılan mədəniyyət-sənət marafonu ilə Türkiyədə festival ab-havasını təmin edəcəyik. Bu, dünyada müqayisəsi olmayan bir təşkilatçılıqdır."

“Vatan”: İşsizlik rəqəmləri son 10 ilin ən aşağı səviyyəsindədir

  Türkiyədə işsizlərin sayı 2023-cü ildə əvvəlki ilə nisbətən 318 min nəfər azalaraq 3 milyon 264 minə çatıb. İşsizlik nisbəti 1 bal azalaraq 9,4 faizlə son 10 ilin ən aşağı səviyyəsinə düşüb.

“Sabah”: Dünyanın ən yaxşı futbol şəhərləri siyahısına İstanbul da daxil olub

  “FourFourTwo” jurnalı bir çox parametrləri araşdıraraq dünyanın ən yaxşı futbol şəhərlərini tərtib edib. Avropa, Cənubi Amerika və Afrikadan bir çox şəhərin yer aldığı siyahıda İstanbul 9-cu olub.



Әlaqәli Xәbәrlәr