Türkiyə mətbuatı, 22 mart 2024

“Vatan”, “Star”, “Hürriyet”, “Yeni Şafak” və “Haber Türk” nələrdən yazır?

2118652
Türkiyə mətbuatı, 22 mart 2024

 

“Vatan”: Fidan “İsrailin nüvə ritorikasına göz yummaq olmaz" deyib

  Türkiyənin xarici işlər naziri Hakan Fidan Brüsseldə keçirilən I Nüvə Enerji Sammitində etdiyi çıxışında bunları söyləyib: "Qəzzada qırğınlar davam edərkən İsrail rəsmilərinin nüvə silahı ilə bağlı dediklərini sadəcə "ehtiyatsızlıq" kimi qiymətləndirmək olmaz".

“Star”: İraqın şimalında təhlükəsiz zona yaradılacaq

  Türkiyə Milli Müdafiə Nazirliyi bildirib: "İraq sərhəddində neytral bölgə yaradaraq ölkəmizə uzaqdan gələn təhlükənin qarşısını almağı, nəqliyyat və enerji layihələri ilə bölgədə rifahın inkişafına töhfə verməyi düşünürük".

“Hürriyet”: Ankara bölgədə məharətlə güclənir

   Türkiyənin beynəlxalq arenada atdığı addımlar Yunanıstan mətbuatının diqqət mərkəzindədir. Qonşu medianın in.gr saytında xəritə ilə rəsmi Ankaranın artan nüfuzuna diqqət çəkilərək "Türkiyə bölgədə məharətlə güclənir" yazılıb.

“Yeni Şafak”: Türkiyə küləyi əcnəbilərin radarında

  İspaniya-Almaniya “Nordex Group” şirkətinin baş icraçı direktoru Xose Luis Blanko (José Luis Blanco) Türkiyədə quruda külək elektrik stansiyası sərmayələrini artıracaqlarını bildirərək deyib: " Gələn il Türkiyədə külək elektrik stansiyası üçün bir külək elektrik stansiyasının quraşdırılması ilə 1 milyard avro (35,3 milyard TL) investisiya qoymağı planlaşdırırıq”.

 “Haber Türk”: Araban sarımsağı üçün Aİ-dən coğrafi göstərici

  Türkiyənin kənd təsərrüfatı və meşə naziri İbrahim Yumaklı Qaziantepin Araban düzündə yetişdirilən Araban sarımsağının Avropa İttifaqından (Aİ) coğrafi göstərici qeydiyyatı aldığını bildirib. Beləliklə, Aİ-dən coğrafi göstərici alan məhsulların sayı 21-ə yüksəlib.



Әlaqәli Xәbәrlәr