Türkiyə mətbuatı, 21 mart 2024

“Haber Türk”, “Star”, “Hürriyet”, “Yeni Şafak” və “Sabah” nələrdən yazır?

2118182
Türkiyə mətbuatı, 21 mart 2024

 

“Haber Türk”: Ərdoğan “İqtisadi göstəricilər çox yaxşıdır" deyib

  Türkiyə prezidenti R.T.Ərdoğan İspartadakı çıxışında bildirib: "İlin ikinci yarısından etibarən həyata keçirdiyimiz iqtisadi proqramın nəticələrini görəcəyik. Ümumi iqtisadi göstəricilər çox yaxşıdır. İnflyasiya azaldıqca təsiri də görünəcək".

“Star”: Fidandan Türkiyənin Aİ üzvlüyü ilə bağlı açıq mesaj

  Türkiyənin xarici işlər naziri Hakan Fidan ispaniyalı həmkarına Aİ üzvlüyünün Türkiyə üçün strateji hədəf olaraq qaldığını və Türkiyənin Aİ-yə üzvlük prosesinin bəzi ölkələrin “steril siyasi gündəm”lərinə buraxılmayacaq qədər vacib olduğunu söyləyib.

“Hürriyet”: Rusiya “Ukraynada sülh təşəbbüsünə görə Ərdoğana minnətdarıq” deyib

  Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ukrayna ilə Rusiya arasında sülh üçün atdığı addımlara görə prezident R.T.Ərdoğana minnətdar olduqlarını bildirib.

“Yeni Şafak”: Nazir Yumaklı “Rekordlarla tamamlandı" dedi

  Türkiyənin kənd təsərrüfatı və meşə naziri İbrahim Yumaklı Türkiyə Şəkər Fabrikaları A.Ş. Baş İdarəsinin (TÜRKŞEKER) 2023-2024-cü il kampaniya dövrünü tarixi rekordla tamamladığını və bu dövrdə 9 milyon 60 min ton çuğundurun emal və 1 milyon 161 min 100 ton şəkərin istehsal edildiyini açıqlayıb.

“Sabah”: Dünyanın ən yaxşı gənc futbolçuları açıqlandı: ilk onluqda 2 türk ulduzu

  Dünyanın ən yaxşı 50 gənc istedadını birləşdirən “GOAL”ın hazırladığı nəhəng siyahıda Türkiyə milli komandasında çıxış edən iki türkiyəli futbolçu ilk 10-luğa girməyi bacarıb. Siyahıda Arda Gülər ​​(Real Madrid) 5, Kənan Yıldız (Juventus) 8-ci pillədə qərarlaşıb.



Әlaqәli Xәbәrlәr