Türkiye mətbuatı: 20 mart 2024

Türkiye mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi.

2117740
Türkiye mətbuatı: 20 mart 2024

''Hürriyet'': Zəlzələnin yaşandığı bölgədə sürətli bərpa işləri aparılır

Prezident Rəcəb Tayyib Ərdoğan zəlzələ bölgəsində minlərlə yeni evin tikintisinin sürətlə davam etdiyini bildirib. Yeni evlərin sayının Avropanın bir çox ölkəsinin əhalisindən və ev sayından çox olduğunu vurğulayan Ərdoğan, zəlzələ bölgəsində dünyanın ən yaxşı abadlaşdırma işlərini apardıqlarını söyləyib.

''Vatan'': İlin sonuna qədər  200 min yeni evin inşa edilməsi hədəflənir

''Əsrin fəlakə''tinin yaşandığı 11 vilayətdə  30 723 zəlzələ qurbanı daha evlərinə qovuşdu.  Prezident Ərdoğan zəlzələ bölgələrində 1,5 ayda 76 min yeni evin inşa edildiyini söylədi. Ərdoğan ilin sonuna qədər bu rəqəmi 200 minə çatdıracaqlarını bildirib.

''Sabah'': Terror təşkilatı PKK-ya məxsus 27 hədəf məhv edilib

İraqın şimalında separatçı terror təşkilatı PKK-ya məxsus 27 hədəf həyata keçirilən hava əməliyyatları nəticəsində məhv edilib.
Bu barədə Milli Müdafiə Nazirliyinin yaydığı bəyanatda bildirilib.
"Heç bir şəhidimizin qanını yerdə qoymayacağıq. Terror təşkilatı PKK-nın Metina, Zap, Hakurk, Qara və Qəndil bölgəsində istifadə etdiyi sığınacaq və mağaralar məhv edilib. Həyata keçirilən hava əməliyyatı nəticəsində ümumilikdə 27 hədəf məhv edilib'',-deyə bəyanatda vurğulanıb.
Xatırladaq ki, dünən terror təşkilatı PKK-nın ''Pəncə-Kilid'' əməliyyatı bölgəsinə sizma və hücum cəhdi nəticəsində 1 əsgər şəhid olub, 4 əsgər də yaralanıb.
İlkin məlumata görə, hava hücumu zamanı 6 terrorçu zərərsizləşdirilib.

''Star'': PKK-nı məhv etmək strategiyasına start verildi

İraqın şimalında PKK təhlükəsini aradan qaldırmaq üçün razılaşan Türkiye və İraq atılacaq addımlara diqqət yetirib. Qarşıdakı günlərdə Bağdaddan Ankaraya gələcək nümayəndə heyəti ilə təhlükəsizlik mövzuları müzakirə olunacaq. PKK-nın necə məhv ediləcəyi planlaşdırılaraq 25 maddəlik anlaşma memorandumu hazırlanacaq.

''Haber Türk'': “Türkiyənin polad ixracatı artdı”

Türkiyenin polad sənayesinin ixracatı ilin ilk iki ayında 2023-cü ilin eyni dövrü ilə müqayisədə 15,8 faiz artaraq 2 milyard 503 milyon 142 min dollara çatıb. Bu dövrdə ən çox ixrac əməliyyatı Rumıniyaya həyata keçirilib. Sözügedən ixrac əməliyyatından 192 milyon 284 min dollar gəlir əldə olunub.Həmin dövrdə həmçinin İtaliya və Almaniyaya da ixrac həyata keçirilib.

 



Әlaqәli Xәbәrlәr