Türkiye mətbuatı:19 mart 2024

Türkiye mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi.

2117103
Türkiye mətbuatı:19 mart 2024

''Sabah'': Rəcəb Tayyib Ərdoğan: Çanaqqala ruhu yolumuzu işıqlandırmaqda davam edəcək

Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğan 18 Mart Şəhidlərini Anma Günü və Çanaqqala Dəniz Zəfərinin 109-cu ildönümü münasibətilə təşkil edilən mərasimdə çıxış edib. Rəcəb Tayyib Ərdoğan deyib: “Birliyimizə sahib çıxdıqca Çanaqqala ruhu yolumuzu işıqlandırmaqda davam edəcək”.

''Hürriyet'': Milli Müdafiə Nazirliyi üç FETÖ-cünün sərhəddə saxlanıldığını açıqladı

Milli Müdafiə Nazirliyi qeyri-qanuni yollarla Yunanıstana keçməyə cəhd göstərən 3 nəfərin sərhəd qüvvələri tərəfindən saxlanıldığını açıqlayıb. Saxlanılan şəxslərin FETÖ üzvü olduqları müəyyənləşdirilib.

''Vatan'': Bayraktar AKINCI PUA-230 ilə atış həyata keçirdi

''Baykar'' şirkəti tərəfindən milli imkanlarla istehsal edilən pilotsuz uçuş aparatı Bayraktar AKINCI səsdən sürətli PUA-230 raketi ilə hədəfini bir daha tam dəqiqliklə vurdu.

''Star'': Xəzər dənizində təhlükəsizliyi təmin etmək üçün Türkiye ilə əlaqə saxladılar

Qazaxıstan və Türkiye nümayəndə heyətləri Xəzər dənizində təhlükəsizliyin təmin edilməsi sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər. Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin verdiyi açıqlamaya görə, görüş zamanı dənizdə təhlükəsizliyin təmin edilməsi və fövqəladə hallara cavab verəcək gəmilərin və ehtiyatların qorunması üzrə əməkdaşlıq qiymətləndirilib.

''Haber Türk'': Dördüncü dəfə "İlin Hava Limanı" mükafatına layiq görülüb
İstanbul Hava Limanı "Air Transsoprt Awards" çərçivəsində dördüncü dəfə "İlin hava limanı" mükafatına layiq görülüb.
Yunanıstanın Ekali şəhərində keçirilən mərasimdə mükafat İstanbul Hava Limanı Operatoru İGA-nın CEO-su Səlahəddin Bilgenə təqdim edilib.



Әlaqәli Xәbәrlәr