Türkiye mətbuatı, 15 mart 2024

Türkiye mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi.

2115719
Türkiye mətbuatı, 15 mart 2024

"Haber Türk": Ərdoğan: "Sağlamlıq infrastrukturunda Türkiyedən yaxşısı yoxdur”

Prezident Rəcəb Tayyib Ərdoğan dünyanın bir çox fərqli ölkəsindən insanların Türkiyedə şəfa axtardığını bildirib. Türkiyenin sağlamlıq turizmindən payının getdikcə artdığını vurğulayan Ərdoğan "Cari ilin ilk rübündə müraciətlərin sayı 225 mini keçib" deyib.

"Sabah": Terrorla mübarizədə İraqla əməkdaşlıq

İraqın paytaxtı Bağdadda xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər ​​və Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın ilə İraq rəsmiləri arasında təhlükəsizlik sammiti keçirilib. Təhlükəsizlik və hərbi əməkdaşlıq məsələlərinə prioritet verilməklə terrorla mübarizədə birgə anlayış ortaya qoyulması müzakirə edilib.

"Yeni Şafak": İngiltərə ilə yeni dövr

Ticarət naziri Ömər Bolat İngiltərənin paytaxtı Londonda bu ölkənin ticarət naziri Kemi Badenok ilə görüşüb. Nazir Bolat sərbəst ticarət müqaviləsinin yenilənməsi ilə bağlı Böyük Britaniya ilə danışıqlara başlanıldığını açıqlayıb.

"Hürriyet": HSBC Türkiyenin böyümə proqnozunu artırdı

Türkiye iqtisadiyyatındakı müsbət performans diqqəti cəlb etməyə davam edir. Britaniya bankı HSBC Türkiyenin 2024-cü il üçün artım proqnozunu 2,5 faizdən 3,1 faizə, 2025-ci il üçün isə 3,5 faizdən 3,6 faizə yüksəldib.

"Star": Türkiyenin kosmos araşdırmaları sürətlənib

Türkiyenin ilk astronavtı Alper Gezeravcı fırlatma əməliyyatlarını yerinə yetirə biləcək yerli bir rampa  üzərində çalışdıqlarını söyləyib. “Rəsmilər bununla bağlı şad xəbərlərini paylaşacaqlar” deyən Gezeravcı “Kosmos sahəsində 10 hədəf təyin olunub və bu hədəflər istiqamətində işlərimiz davam edir” deyib.



Әlaqәli Xәbәrlәr