Türkiye mətbuatı, 13 mart 2024

Türkiye mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi.

2114648
Türkiye mətbuatı, 13 mart 2024

"Yenişafak": Ərdoğan: "Zülmü belə qanuniləşdirənlər var”

İsrailin Qəzzaya hücumlarına reaksiya göstərən prezident Rəcəb Tayyib Ərdoğan "Qərb və İsrail dünyaya od vurub yandırdılar. İnsan haqları, demokratiya, azadlıq və təhlükəsizlik anlayışlarından İsrailin Qəzzada həyata keçirdiyi zülmü belə qanuniləşdirmək üçün istifadə edənlər bunlar deyilmi?" deyib.

"Star": Ərdoğanın İsrailə reaksiyası: "Qatilləri qatil adlandırmaqda bizə mane ola bilməzlər"

Səfirlərlə görüşdüyü iftar proqramında danışan prezident Ərdoğan "Qatilləri qatil adlandırmaqda bizə mane ola bilməzlər. İsrailli idarəçilər soyqırım faktını gizlətməyə çalışmaq əvəzinə, Qəzzada ölən körpələrin cavabını verməlidirlər" deyib.

“Hürriyet”: Terrorla mübarizədə İraqla əməkdaşlıq görüşü

Türkiye Silahlı Qüvvələrinin İraqın şimalında həyata keçirdiyi “Pəncə-Kilid" əməliyyatı davam edərkən, iraqlı yerli rəsmiləri ilə kritik görüş keçirildi. Görüşdə İraq-Türkiye sərhəd xəttinin təhlükəsizliyi müzakirə edildi.

"Sabah": "Fitch Ratings" beynəlxalq reytinq agenliyindən Türkiye təhlili: Güvənimiz artıb

Beynəlxalq kredit reytinq agentliyi "Fitch Ratings"in baş direktoru və Türkiye analitiki Erik Arispe Morales Türkiyenin mövcud iqtisadi siyasət oxunun daha davamlı olduğuna və siyasətlərin davamlı olacağına inamlarının artırdığını bildirib.

"Vatan": Sertab Erener 21 ildən sonra yenidən "Eurovision" səhnəsinə çıxacaq

2003-cü ildə "Everyway That I Can" mahnısı ilə Türkiyeyə "Eurovision"da birincilik qazandıran Sertab Erener 21 ildən sonra yenidən "Eurovision" səhnəsinə çıxacaq. "Eurovision-2024" mahnı müsabiqəsinin keçiriləcəyi İsveçdən dəvət aldığını bildirən Erener “Everyway That I Can” mahnısını fərqli versiyada ifa edəcəyini açıqlayıb.



Әlaqәli Xәbәrlәr