Türkiyə mətbuatı, 12 mart 2024

“Yeni Şafak”, “Vatan”, “Haber Türk”, “Star” və “Hürriyet” nələrdən yazır?

2114058
Türkiyə mətbuatı, 12 mart 2024

 

“Yeni Şafak”: Ərdoğan “Terrorla mübarizəmiz milli dirçəlişdir” dedi

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ramazan ayının ilk iftarında şəhid yaxınları və qazilərlə görüşüb. Terror təşkilatları, xüsusilə PKK və Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə mübarizənin milli dirçəliş olduğunu bildirən prezident “Biz Türkiyəni əsl müstəqil dövlət etdik” deyib.

“Vatan”: Şimali İraqda terror yay aylarında bitəcək

  Türkiyənin milli müdafiə naziri Yaşar Gülər ​​bu yay İraq sərhədinin təhlükəsizliyini təmin edəcək dairəni tamamlayaraq terroru problem olmaqdan çıxaracaqlarını bildirərək deyib: "Sərhədlərimiz boyunca 30-40 kilometr dərinlikdə təhlükəsizlik dəhlizi yaratmağa tam qərarlıyıq".

“Haber Türk”: Türkiyədə məşğulluq ən yüksək səviyyədədir

  Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz işsizlik məlumatlarının orta müddətli proqram gözləntilərindən daha yaxşı bir performans göstərdiyini söyləyərək "Məşğulluq nisbətimiz 49 ilə bu günə qədərki ən yüksək səviyyəyə çatdı" deyib.

“Star”: Altun “Qəzza həqiqətlərini ortaya qoymağa davam edəcəyik” deyib

  Türkiyə Prezident Aparatı İctimaiyyətlə Əlaqələr Departamentinin direktoru Fəxrəddin Altun söyləyib ki, İsrailin dezinformasiyalarına qarşı faktları üzə çıxarmağı özlərinə şüar ediblər. Altun “Qərb mediasından fərqli olaraq, Anadolu Agentliyi (AA) və Türkiyə Radio və Televiziya Qurumu - TRT Qəzzadakı faktları dünya ictimai rəyinin gündəminə gətirmək üçün böyük səylər göstərir” deyib.

“Hürriyet”: Türkiyənin iqtisadi siyasəti sağlamdır

  Türkiyənin xəzinə və maliyyə naziri Mehmet Şimşək beynəlxalq kredit reytinq agentliyi “Fitch”in Türkiyənin proqnozunu yüksəltməsini qiymətləndirib və belə deyib: "Türkiyənin reytinqinin və perspektivinin yüksəldilməsi sağlam iqtisadi siyasətin gücünü əks etdirir".



Әlaqәli Xәbәrlәr