Türkiye mətbuatı, 11 mart 2024

Türkiye mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi.

2113507
Türkiye mətbuatı, 11 mart 2024

"Hürriyet": İstanbulda keçirilən kritik zirvə manşetlərdə qalmaqda davam edir

İstanbulda keçirilən Ərdoğan-Zelenski görüşü dünyanın gündəmindədir. Fransa mətbuatı kritik görüşə diqqət yetirərək, “Zelenski Türkiyenin dəstəyinə güvənir” şərhini yazıb. Xəbərdə Türkiyenin yeni nəsil yerli silahlarının müharibədə oynadığı rola diqqət çəkilib.

"Vatan": AK Partiya sözçüsü Çelikdən Netanyahuya reaksiya

Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sözçüsü Ömər Çelik (İsrail Baş naziri Binyamin) Netanyahu rəhbərliyinin prezident Rəcəb Tayyib Ərdoğan və Türkiye əleyhinə səsləndirdiyi açıqlamalara münasibət bildirib. Çelik sosial media hesabından verdiyi açıqlamada bu ifadələrdən istifadə edib: “Netanyahu rəhbərliyinin və kütləvi şəkildə günahsız insanların həyatını hədəf alan qətliam şəbəkəsinin prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğana və Türkiyeyə qarşı verdiyi açıqlamalar etibarsızdır".

"Haber Türk": 2026-cı ildə təkrəqəmli inflyasiyaya çatacağıq"

Vitse-prezident Cevdet Yılmaz "2024-cü ilin ikinci yarısında inflyasiyanın azalmasında əhəmiyyətli təsirlər görəcəyik. İnfilyasiya 2025-ci ildə çox daha aşağı səviyyələr olacaq. 2026-cı ildə yenidən təkrəqəmli inflyasiyaya çatacağıq və bu mövzuda qərarlıyıq" deyib.

"Sabah": Türkiyenin enerji qaynağı oldu! İlk rekord gəldi

Şırnak vilayətində terror təşkilatından təmizlənən Qabar və Cudi dağları Türkiyenin yeni enerji mənbəyinə çevrilib. Bölgədə 2019 və 2020-ci illərdə aparılan seysmik və qazma işlərindən sonra açılan quyularla gündəlik 37 min barel neft hasilatına nail olunub.

"Star": Cənubi Asiya ölkəsindən "Bayraktar TB2" sürprizi

"Bayraktar TB2" silahlı pilotsuz uçuş aparatlarının ixrac edildiyi ölkələr sırasına Maldiv adaları da əlavə edilib. Əldə edilən məlumata görə, Maldiv adaları təhlükəsizlik qüvvələrinin ehtiyacları üçün komanda idarəetmə məntəqəsi və 6 ədəd "Bayraktar TB2"-dən ibarət sistemi Türkiyedən tədarük edəcək. Müqavilə çərçivəsində sistemlərin təhvil verilməsinə başlanılıb.



Әlaqәli Xәbәrlәr