Türkiye mətbuatı: 6 mart 2024

Türkiye mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi.

2111549
Türkiye mətbuatı: 6 mart 2024

''Sabah'': Ərdoğan: ''Netanyahu və onun cinayət ortaqları tökülən hər qana görə cavab verəcəklər''

Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğan dünən Fələstin dövlət başçısı Mahmud Abbasla birgə mətbuat konfransında çıxış edib. İsrailin soyqırımına sərt reaksiya verən Ərdoğan deyib: “Netanyahu və onun cinayət ortaqları tökdükləri qana görə qanun qarşısında cavab verəcəklər”.

''Hürriyet'': Nazir Hakan Fidan ABŞ-a səfər edəcək

Xarici işlər naziri Hakan Fidan sabah keçiriləcək 7-ci Türkiye-ABŞ Strateji Mexanizm görüşündə iştirak etmək üçün ABŞ-a səfər edəcək. İclasda terrorla mübarizədən tutmuş iqtisadi əməkdaşlığa qədər bir sıra mövzu müzakirə olunacaq.

''Star'': Milli Kəşfiyyat Təşkilatı və İstanbul Polis İdarəsi  MOSSAD-a qarşı əməliyyat keçirdi

Milli Kəşfiyyat Təşkilatı (MİT) və İstanbul Polis İdarəsinin terrorla mübarizə şöbəsinin həyata keçirdiyi birgə əməliyyat nəticəsində İsrail kəşfiyyat xidməti MOSSAD-a əldə etdikləri məlumatları ötürən 7 nəfər saxlanılıb.

''Haber Türk'': İki ayda Antalyanı 499 min 784 xarici turist ziyarət edib

Bu ilin ilk iki ayında Antalyaya gələn xarici turistlərin sayı keçən ilin eyni dövrü ilə müqayisədə 10,82 faiz artaraq 499 min 784-ə çatıb.

''Vatan'': Türkiye qızılbalığı ixracatında artım müşahidə olunub

Şərq Qaradəniz bölgəsindən Türkiye qızılbalığı ixracatı yanvar-fevral aylarında 24 faiz artıb. Sözügedən ixrac əməliyyatından 19 milyon 45 min 787 dollar gəlir əldə olunub.



Әlaqәli Xәbәrlәr