Türkiye mətbuatı, 29 fevral 2024

Türkiye mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi.

2108847
Türkiye mətbuatı, 29 fevral 2024

"Vatan": Prezident Ərdoğanın Rusiya və Ukraynaya çağırışı: "Diplomatiyaya şans verin"

Prezident Rəcəb Tayyib Ərdoğan Ukrayna-Cənub-Şərqi Avropa Sammitinə videomüraciət ünvanlayıb. Rusiya-Ukrayna müharibəsi ilə bağlı Ərdoğan “Müharibəni ədalətli şəkildə bitirmək üçün dialoq və diplomatiyaya yeni şans verilməlidir” deyib.

"Haber Türk": Rusiyanın xarici işlər naziri Lavrov Türkiyeyə gəlir

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova paytaxt Moskvada keçirilən həftəlik mətbuat konfransında xarici işlər naziri Sergey Lavrovun Türkiyeyə səfər edəcəyini bildirib və “Lavrov Türkiyenin xarici işlər nazirinin dəvəti ilə martın 1-2-də Antalya Diplomatik Forumunda iştirak edəcək. Lavrovun həmkarı Hakan Fidanla da görüşü planlaşdırılır" deyib.

"Star": Afina hökuməti Türkiyedən ilham alaraq hərəkətə keçdi

Bildirilib ki, Yunanıstan, Prezident Administrasiyası İctimaiyyətlə  Əlaqələr İdarəsinin beynəlxalq səviyyədə fəaliyyət göstərdiyi “Türkiye Ünsiyyət Modeli”nin uğurundan ilhamlanaraq Dezinformasiya ilə Mübarizə Mərkəzinə oxşar bir idarə yaradacaq.

"Sabah": Türkiye balıqçılıqda 1 milyon tonla rekord qırdı

Kənd Təsərrüfatı və Meşə Nazirliyinin Balıqçılıq və Su Təsərrüfatı Baş direktoru Mustafa Altuğ Atalay keçən il balıq yetişdirilməsi və ovçuluq məhsullarında rekord qırıldığını bildirərək, "Keçən il 1 milyon tona yaxın balıq əldə edildi. Cari il 575 min tondan çox balıq yetiştirmək hədəfimiz var" deyib.

"Hürriyet": Xarici ticarət kəsiri azaldı

Türkiye Statistika Təşkilatı (TÜİK) xarici ticarət rəqəmlərini açıqlayıb. TÜİK-in məlumatlarına görə, yanvar ayında xarici ticarət kəsiri keçən ilin müvafiq ayı ilə müqayisədə 56,4 faiz azalaraq 14 milyard 290 milyon dollardan 6 milyard 227 milyon dollara geriləyib.



Әlaqәli Xәbәrlәr