Türkiye mətbuatı: 20 fevral 2024

Türkiye mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi.

2104570
Türkiye mətbuatı: 20 fevral 2024

''Vatan'': “Ərdoğan: Tarixi fürsət pəncərəsi açıldı”

Prezident Rəcəb Tayyib Ərdoğan Ankarada Azərbaycan prezidenti İlham Əliyevlə keçirdiyi mətbuat konfransında bildirib ki, Qarabağda işğala son qoyulması ilə birlikdə bölgədə davamlı sülh üçün tarixi bir fürsət pəncərəsi açılıb. Rəcəb Tayyib Ərdoğan deyib:“Azərbaycanla Ermənistan arasında açılan bu fürsət pəncərəsinin bağlanmaması çox vacibdir” 

“Haber Türk”: İlham Əliyev: “Türkiye dünyada söz sahibidir”

Azərbaycan prezidenti İlham Əliyev bəyan edib ki, Türkiye bu gün dünyada söz sahibi olan ölkədir. İlham Əliyev deyib: “Türk dünyasının birləşməsi və xalqların ortaq mədəniyyətlərə malik olması Türk Dövlətləri Təşkilatına üzv olan hər bir dövlətin gücünü artıracaq''.

''Hürriyet'': Yunan mediası: ''Ərdoğan güclü aktyordur”

Afina Ankara-Qahirə yaxınlaşmasını diqqətlə izləyir. Yunan mediası Türkiyenin son zamanlar atdığı addımlarla geosiyasi səhnədə daha ​​güclü mövqeyə çatdığını yazıb və prezident Ərdoğanın bölgədə heç kimin görməzlikdən gələ bilməyəcəyi güclü bir aktyor olduğunu vurğulayıb.

''Star'': Rusiya: ''Türk diplomatiyasının əzmkarlığı yüksək qiymətləndirilməlidir''
Rusiyanın Ankaradakı səfiri Aleksey Yerxov bəyan edib ki, Türkiyənin Rusiya ilə Ukrayna arasında atəşkəsi təmin etmək, sonrakı həll prosesinə kömək etmək istəyi və Qara Dəniz Taxıl Təşəbbüsünü israrla dəstəkləmək əzmi yüksək qiymətləndirilməlidir.

''Yeni Şafak'': “Türkiyedə işsizlik nisbəti azalır, məşğulluq artır”

Türkiyedə işsizlik nisbəti  2023-cü ilin dördüncü rübündə əvvəlkinə nisbətən 0,4 faiz azalaraq 8,8  faiz təşkil edib. Bu dövrdə işsizlərin sayı 137 min nəfər azalaraq 3 milyon 70 min nəfərə çatıb. Eyni dövrdə məşğul əhalinin sayı əvvəlki dövrlə müqayisədə 195 min nəfər artıb.



Әlaqәli Xәbәrlәr