Türkiyə mətbuatı, 19 fevral 2024

“Vatan”, “Sabah”, “Hürriyet”, “Star” və “Haber Türk” nələrdən yazır?

2104037
Türkiyə mətbuatı, 19 fevral 2024

 

“Vatan”: 8 terrorçu zərərsizləşdirilib

  Türkiyədə terrorla mübarizə həm ölkə daxilində, həm də sərhəddən kənarda qətiyyətlə davam edir. Milli Müdafiə Nazirliyindən verilən məlumatda “Pəncə-Kilit” əməliyyatı bölgəsində 8 terrorçunun zərərsizləşdirildiyi bildirilib.

“Sabah”: Putin "Ən etibarlı tərəfdaş Türkiyədir" dedi

  Rusiya prezidenti Vladimir Putin Avropanı qınayaraq: "Daim deyirlər ki, Rusiya enerji qaynaqlarını məhdudlaşdırır, vermir. Biz heç nəyi məhdudlaşdırmırıq, hər şeyi də təmin edirik. Ən etibarlı tərəfdaş türkiyəlilər oldu. Ona görə daşımalar da “Türk axını” vasitəsilə həyata keçirilir", - deyə söyləyib.

“Hürriyet”: Nazir Kacır Səudiyyə Ərəbistanının investisiya naziri ilə görüşdü

  Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır fevralın 18-də İstanbulda Səudiyyə Ərəbistanının investisiya naziri Xalid əl-Falih ilə görüşüb. Nazir Kacır sosial media hesabından verdiyi açıqlamada iki ölkə arasında iqtisadi əlaqələri daha da yüksək səviyyəyə qaldıracaq addımları müzakirə etdiklərini bildirib.

“Star”: Türkiyə hava məkanı yerli və milli vasitələrlə izlənəcək

  Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülqədir Uraloğlu türkiyəli mühəndislər tərəfindən hazırlanan ilk yerli və milli mülki müşahidə radarının sahədə uğurla qəbul edildiyini və Qaziantep Hava Limanında xidmətə hazır olduğunu söyləyib.

“Haber Türk”: Mədəniyyət və turizm naziri Ersoy “2028-ci ildə 100 milyard dollarlıq hədəfimiz var” dedi

  Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy turizmdə yüksəlişin gündən-günə artdığına diqqət çəkərək bildirib: “2028-ci ildə turist sayında dünyada ilk 3-cü sırada yer alaraq 100 milyard dollar gəlir əldə etməyi düşünürük”.



Әlaqәli Xәbәrlәr