Türkiyə mətbuatı, 16 fevral 2024

“Yeni Şafak”, “Star”, “Hürriyet”, “Haber Türk” və “Sabah” nələrdən yazır?

2103111
Türkiyə mətbuatı, 16 fevral 2024

 

“Yeni Şafak”: Ərdoğan “Bu soyqırıma imza atanlar tarix qarşısında günahkar elan edilib"

  İsrailin Rəfah bölgəsinə hücumları ilə bağlı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib: "Mülki insanlara "o əraziyə gedin, təhlükəsizdir" demək, sonra da üzərinə bomba atmaq humanitar dəyərlərə, müharibə qanunlarına, beynəlxalq hüquqa və insan haqlarına uyğundurmu? Bəşəriyyət bunu eşitməlidir. Tarix o insanların qətliamına göz yumanları mühakimə edəcək. Bu soyqırıma imza atanlar artıq tarix qarşısında günahkar elan olunublar".

“Star”: Fidan “Aİ Türkiyəyə yanaşmasında kimlik siyasətinə son qoymalıdır" dedi

  Türkiyənin xarici işlər naziri Hakan Fidan Aİ-nin Türkiyəyə yanaşmasında strateji düşünməli və kimlik siyasətinə son qoymalı olduğunu söyləyərək "Türkiyə-Aİ münasibətləri bəzi ölkələrin siyasi hesablamalarına qurban verilməməlidir" deyə bildirib.

 “Hürriyet”: Stoltenberqdən Türkiyə açıqlaması

  NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, Türkiyə NATO-nun cənub cinahı üçün mühüm müttəfiqdir.

“Haber Türk”: Yeni komanda ilə kosmos səyahətində yeni addımlar sürətlənir

  Türkiyə ilk insanlı kosmos missiyasını müvəffəqiyyətlə yerinə yetirdi. İndi ikinci insanlı kosmos missiyasının 2026-cı ilin aprel ayında Aya uçması planlaşdırılır.

“Sabah”: “2024-cü il üçün dünyanın ən güclü hava qüvvələri” siyahısında Türkiyə də öz izini qoydu

  Dünyanın ən güclü ordularından sonra ABŞ-da fəaliyyət göstərən “Global Firepower” internet saytının açıqladığı siyahıda Türkiyə də var. 80 ölkənin yer aldığı siyahıda iki pillə yüksələrək Türkiyə 7-ci sırada olub.



Әlaqәli Xәbәrlәr