Türkiye mətbuatı: 14 fevral 2024

Türkiye mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi.

2101881
Türkiye mətbuatı: 14 fevral 2024

“Hürriyet”: Rəcəb Tayyib Ərdoğan: ''İsrail müstəqil Fələstin dövlətinin mövcudluğunu qəbul etməlidir”

Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğan Dubayda keçirilən Dünya Hökumətlər Sammitindəki çıxışında deyib: "İsrail müstəqil Fələstin dövlətinin mövcudluğunu qəbul etməlidir. Fələstinli qardaşlarımızı heç vaxt evsiz, köməksiz və tək qoymayacağıq. Sülhün təmin olunması üçün zamin ölkə olmağa hazırıq".

''Yenişafak'':  Səudiyyə Əbistanının 120 nəhəng şirkəti Türkiyeyə gəlir

120-dən çox Səudiyyə şirkəti Türkiye şirkətləri ilə əlaqə yaratmaq üçün İstanbula gəlir. 

''Sabah'': İstanbul zirvədə qərarlaşdı

Türkiyenin kənd təsərrüfatı sahəsindəki ixrac həcmi 2023-cü ildə 9,3 faiz artaraq 3,1 milyard dollara çatıb. Yanvar ayında 772,3 milyon dollarlıq kənd təsərrüfatı məhsulu ixrac edilib. Məlumata görə, İstanbul Türkiyenin ümumi kənd təsərrüfatı ixracının 24,7 faizini həyata keçirib.

''Habertürk'': "İstanbul şəhərini rekord sayda turist ziyarət edib
Dünyanın ən çox ziyarət edilən şəhərlərindən biri olan İstanbul 2023-cü ildə 17 milyon 370 min 30 xarici ziyarətçi qəbul edərək bütün illərin rekorduna imza atıb.

''Star'': İngilis mətbuatı: ''Türkiye Fransanı belə geridə qoyacaq''
İngiltərənin ''Teleqraf'' qəzeti 'Bu il niyə Türkiyədə tətil ilidir?' başlıqlı məqaləsində oxucularına Türkiyedə istirahət etməyi təklif edib. Xəbərdə bu ifadələrə yer verilib: "Dünyanın getdikcə daha cazibədar olan bu guşəsi 2024-cü ildə İspaniyadan sonra ən çox ziyarət edilən ikinci ölkəsi olan Fransanı belə geridə qoyacaq".



Әlaqәli Xәbәrlәr