Türkiyə mətbuatı, 13 fevral 2024

“Hürriyet”, “Star”, “Haber Türk”, “Vatan” və “Sabah” nələrdən yazır?

2101451
Türkiyə mətbuatı, 13 fevral 2024

 

“Hürriyet”: Ərdoğandan “F-16” açıqlaması

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin 12 fevral iclasından sonra verdiyi açıqlamada ABŞ-la “F-16” döyüş təyyarəsi danışıqları ilə bağlı "tələbimizin müsbət nəticələnməsindən məmnunuq" dedi.

“Star”: Türkiyənin İsrailin Rəfah şəhərinə hücumlarına reaksiyası

  Türkiyə Xarici İşlər Nazirliyi bildirib: “İsrailin Qəzza zolağında indiyədək törətdiyi dağıntı və qırğınlardan sonra cənubdakı Rəfah şəhərinə artan hücumlarından çox narahatıq. Biz bu əməliyyatı Qəzza xalqını öz torpaqlarından qovmaq planının bir hissəsi hesab edirik”.

“Haber Türk”: Alper Gezeravcı ölkəyə qayıtdı

  Türkiyənin ilk astronavtı Alper Gezeravcını gətirən təyyarə fevralın 12-də Ankara Esenboğa hava limanına enib. Gezeravcı mətbuat konfransında açıqlama verərkən "Çətinliklə qarşılaşdığım bir an belə olmadı" deyib. Daha sonra prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin ilk astronavtı Alper Gezeravcını qəbul edib.

“Vatan”: Uraloğlu “PUA-larımız “Türksat” peykləri ilə idarə olunacaq" dedi

  Nəqliyyat və infrastruktur naziri Əbdülqədir Uraloğlu Türkiyənin milli pilotsuz uçuş aparatları (PUA) başda olmaqla bütün PUA-ların “Türksat” peykləri ilə idarə olunacağını söylədi.

“Sabah”: İşsizlik tək rəqəmli səviyyədə qaldı

  Türkiyə Statistika Təşkilatı 2023-cü il dekabr ayı işsizlik rəqəmlərini açıqlayıb: Türkiyədə işsizlik dekabrda 8,8 faizə çataraq birrəqəmli rəqəmdə qalıb.



Әlaqәli Xәbәrlәr