Türkiye mətbuatı, 12 fevral 2024

Türkiye mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi.

2100831
Türkiye mətbuatı, 12 fevral 2024

"Yeni Şafak": Ərdoğan: "Şəhərsalma prosesini daha da sürətləndirəcəyik”

Prezident Rəcəb Tayyib Ərdoğan, 6 fevral 2023-cü ildə Kahramanmaraş mərkəzli zəlzələlərdən sonra bölgəni canlandırmaq üçün səylərini sürətlə davam etdirdiklərini vurğulayıb. Ərdoğan şəhər salma prosesini daha da sürətləndirəcəklərini bildirib.

"Hürriyet": Ərdoğan: "Etimadsızlıq mühitinə imkan verməyəcəyik”

Prezident Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AK Partiya) İstanbul Küçükçekmece bələdiyyə sədrliyinə namizədi Əziz Yeniayın seçki kampaniyası zamanı törədilən silahlı hücuma reaksiya verib. Ərdoğan, "Türkiyenin etimadsızlıq mühitinə sürüklənməsinə heç vaxt icazə verməyəcəyik' deyib.

"Star": Pentaqon: "Türkiyenin PUA-ları doktrinaları pozdu”

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) rəsmiləri Türkiyenin müdafiə sənayesini tərifləyib. Səlahiyyətlilər "Türkiyenin silahlı pilotsuz uçuş aparatları (PUA) texnologiyalarında baş verən yenilikləri maraqla izləyirik. Türk PUA-ları quru müharibələrinin yazılı doktrinalarını alt-üst etdi" deyib.

"Sabah": Türkiyedə qadın akademiklərin nisbəti Avropa və OECD-dən yüksəkdir

Ali təhsil müəssisələrində təhsil alan 7 milyon 503 min 181 tələbənin 3 milyon 879 min 512 nəfərini qızlar, 3 milyon 623 min 669-unu isə oğlanlar təşkil edir.

Türkiyə universitetlərində 97 min 291-i kişi, 84 min 207-si qadın olmaqla ümumilikdə 181 min 498 professor-müəllim heyəti var. Belə ki, qadın alimlərin nisbəti 46,4 faizə yüksəlib ki, bu da Türkiyə, Avropa və OECD ölkələrində 43 faiz olan qadın alimlərin orta göstəricisindən yüksəkdir.

"Haber Türk": Birja İstanbul 2024-cü ildə zirvəyə yüksəldi

Birja İstanbulun BIST 100 indeksi ilin əvvəlindən bu yana 21,1 faiz gəlirlə dünyanın əsas indekslərini geridə qoyub. Rekord səviyyələrini yüksəltməyə davam edən BIST 100 indeksini 10,3 faiz ilə Yaponiyanın Nikkei 225 indeksi izləyib.



Әlaqәli Xәbәrlәr