Türkiye mətbuatı, 2 fevral 2024

Türkiye mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi.

2096462
Türkiye mətbuatı, 2 fevral 2024

"Hürriyet": Nazir Fidandan ardıcıl kritik görüşlər

Xarici işlər naziri Hakan Fidan fevralın 1-də İsveçin xarici işlər naziri Tobias Billström və Türkmənistanın xarici işlər naziri Rəşid Meredov ilə telefonla danışıb. Fidan Billström ilə görüşündə İsveçin NATO-ya üzvlük prosesi, Türkiye-İsveç-Finlandiya Daimi Müştərək Mexanizmin bundan sonra keçiriləcək iclaslarına hazırlıq və Türkiye-Aİ münasibətlərini müzakirə edib. Fidanın Meredovla görüşündə isə ikitərəfli əlaqələr və çoxtərəfli platformalarda, xüsusilə enerji və mülki aviasiya sahəsində əməkdaşlıq imkanları müzakirə edilib.

"Haber Türk": Son bir həftədə 63 terrorçu zərərsizləşdirilib

Milli Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr müşaviri kontr-admiral Zeki Aktürk son bir həftədə İraq və Suriyanın şimalında 63 terrorçunun zərərsizləşdirildiyini açıqlayıb.

"Yeni Şafak": Enerji dünyasının ürəyi İstanbulda döyünür

Türkiyenin ev sahibliyi ilə İstanbulda Beynəlxalq Enerji İqtisadiyyatı Assosiasiyasının 45-ci konfransı keçiriləcək. Türkiye Enerji İqtisadiyyatı Dərnəyinin koordinasiyası ilə iyun ayında keçiriləcək tədbirə indiyədək 68 ölkədən 500-dən çox müraciət olub.

"Sabah": Türkiye Cümhuriyyəti Mərkəzi Bankı ilə İspaniya Mərkəzi Bankı arasında anlaşma memorandumu imzalanıb

Türkiye Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) ilə İspaniya Mərkəzi Bankı arasında mərkəzi bankçılıq məsələlərində əməkdaşlığın inkişafı üçün zəmin yaratmaq məqsədilə anlaşma memorandumu imzalanıb.

"Star": Ardıcıl üç rekord qırıldı

Türkiye ilə Finlandiya arasındakı ticarətin ardıcıl üçüncü rekord il olduğunu vurğulayan Finlandiyanın Ankaradakı səfirliyinin ticarət müşaviri Joona Selin iki ölkənin cari il 3 milyard avroluq ticarət həcminə çatmaq yolunda irəlilədiyini bildirib.



Әlaqәli Xәbәrlәr