Türkiye mətbuatı, 26 yanvar 2024

Türkiye mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi.

2093652
Türkiye mətbuatı, 26 yanvar 2024

"Haber Türk": Ərdoğandan Fələstin diplomatiyası

Prezident Rəcəb Tayyib Ərdoğan Cənubi Afrika Prezidenti Ramafosa ilə telefonda danışıb. Telefon danışığında İsrailin Fələstinə hücumları, ikitərəfli əlaqələr və qlobal problemlər müzakirə edilib. Ərdoğan bildirib ki, Türkiye bu haqq işin insan hüquqlarına uyğun yekunlaşması və İsrailin layiq olduğu cəzanı alması üçün maksimum səy göstərəcək.

"Sabah": Türkiyedən İsveçə NATO vizası

Prezident Ərdoğan İsveçin Şimali Atlantika Müqaviləsinə (NATO) qoşulması ilə bağlı Türkiye Böyük Millət Məclisinin qəbul etdiyi qanunun dərc edilməsinə qərar verdi və İsveçin NATO-ya qəbul protokolu ilə bağlı Prezident fərmanını imzalayaraq müvafiq protokolu təsdiqlədi.

"Hürriyet": Terrorla mübarizədə Türkiyedən açıq mesaj

Prezident Ərdoğanın sədrliyi ilə keçirilən Milli Təhlükəsizlik Şurasının iclasından sonra yazılı açıqlama verilib. “Beynəlxalq hüquqa əsaslanan hüquqlarımız çərçivəsində, zaman və məkandan asılı olmayaraq, ölkəmiz üçün təhlükə yaradan bütün terror təşkilatlarını və onların qollarını hədəf almağa davam edəcəyik” , - deyə bildirilib.

"Yeni Şafak": ABŞ-ın Suriyadan çəkiləcəyi iddiaları ilə bağlı Türkiye açıqlama verdi

ABŞ-ın Suriyadan çəkiləcəyi ilə bağlı iddialarla bağlı Türkiye Milli Müdafiə Nazirliyindən açıqlama verilib. Bildirilib ki, bu məsələ ilə bağlı rəsmi açıqlama və icraat görmədən belə xəbərlərə ehtiyatla yanaşmaq lazımdır. Müdafiə və təhlükəsizliklə bağlı bölgədə baş verən bütün hadisələrin yaxından izləndiyi vurğulanıb.

"Star": Astana sammitində Türkiye, Rusiya və İranın birgə qərarı

Qazaxıstanda keçirilən Suriya üzrə 21-ci Astana danışıqlarında mexanizmin qarant ölkələri Türkiye, Rusiya və İran terrorla mübarizədə və Suriyadan hücumlar və soxulmalar daxil, qonşu dövlətlərin milli təhlükəsizliyini təhdid edən separatçı gündəmlərlə mübarizədə əməkdaşlığı davam etdirmək qərarına gəliblər.



Әlaqәli Xәbәrlәr