Türkiye mətbuatı:24 yanvar 2024

Türkiye mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi.

2092516
Türkiye mətbuatı:24 yanvar 2024

''Haber Türk'' : Hakan Fidan: "Qəzzadakı müharibəni dayandırmaq üçün tarixi məsuliyyətimiz var"

Xarici işlər naziri Hakan Fidan Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının Qəzza ilə bağlı sessiyasında deyib:"Qəzzada və ondan kənarda davam edən müharibə sülhü təmin edə bilməz. Bu müharibəni dayandırmaq üçün tarixi məsuliyyətimiz var".

''Hürriyet'': Türkiye Böyük Millət Məclisi İsveçin NATO-ya üzvlüyünü ratifikasiya edib
Türkiye Böyük Millət Məclisi İsveçin NATO-ya üzvlüyünü ratifikasiya edib.  Belə ki, sənədin lehinə 287, əleyhinə isə 55 parlament üzvü səs verib. Məlumata görə, 4 nəfər bitərəf qalıb.

''Sabah'': Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın İraqda səfərdədir

Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri  İbrahim Kalın dünən İraq prezidenti Əbdüllətif Rəşid və Baş nazir Muhammed Şiya es-Sudani ilə görüşüb. Görüşlərdə terror təşkilatları PKK və DEAŞ ilə mübarizədə atıla biləcək ortaq addımlar və bu mövzuda əməkdaşlığın davam etdirilməsi məsələsi qiymətləndirilib.

''Star'': Kremldən Türkiye ilə bağlı açıqlama

Kremlin sözçüsü Dmitriy Peskov Rusiya prezidenti Vladimir Putinin Türkiyeyə səfəri ilə bağlı hazırlıqların davam etdiyini bildirib və Rusiya ilə Türkiye arasında yüksək səviyyəli təmasların gündəmdə olduğunu deyib.

''Vatan'': Nazir Alparslan Bayraktar BƏƏ-nin investisiya naziri ilə görüşdü

Enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar Birləşmiş Ərəb Əmirliklərinin investisiya naziri Məhəmməd Həsən es-Suveydi ilə enerji sahəsində əməkdaşlıq üçün yol xəritəsini müzakirə edib. Alparslan Bayraktar bu barədə rəsmi internet səhifəsində etdiyi paylaşımda bildirib.Ankarada görüşdüklərini bildirən Alparslan Bayraktar deyib: "Enerji sahəsində yeni layihələrlə əlaqələrimizi gücləndirəcək və regional əməkdaşlığımızı daha da irəli səviyyəyə çatdıracağıq''.



Әlaqәli Xәbәrlәr