Türkiye mətbuatı, 17 yanvar 2024

Türkiye mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi.

2089556
Türkiye mətbuatı, 17 yanvar 2024

"Haber Türk: Ərdoğandan yeni əməliyyat mesajı

Prezident Rəcəb Tayyib Ərdoğan terror təşkilatı PKK-ya qarşı yeni əməliyyatlarla bağlı “Kimin nə deməsindən, hansı hədə-qorxu gəlməsindən asılı olmayaraq, qarşıdakı aylarda bu istiqamətdə mütləq yeni addımlar atacağıq” deyib.

"Vatan": Türkiye terrorla mübarizə mövzusunda bəyannamə yaydı

Türkiye Böyük Millət Məclisinin Baş Assambleyasında "terrora qarşı bildiriş" mövzulu Məclisin təklif sənədi qəbul edildi. Sənəddə deyilir: “Bütün dünya bunu bilməlidir; Son terrorçu zərərsizləşdirilənə, terror mənbəyində məhv edilənə və terrorun arxasında duran bütün dəstəklər aradan qaldırılana qədər mübarizəmiz güzəştə getmədən davam edəcək”.

"Yeni Şafak": Nazirlərdən aydın mesaj

Milli müdafiə naziri Yaşar Gülər 'Kim tərəfindən dəstəklənməsindən asılı olmayaraq, hər hansı bəhanə ilə və ya hər hansı səbəblə, cənub sərhədlərimizdə (Suriyanın şimalında) terror dəhlizinin yaradılmasına icazə verməyəcəyik' deyib. Xarici işlər naziri Hakan Fidan da “PKK-nın bir çox ölkədə siyasi qolu olduğunu bilərək terrorla mübarizə diplomatiyamızı həyata keçiririk” deyib.

Star: “Türkiyənin tarixi kosmos səyahəti üçün geri sayım”

Türkiyenin tarixi kosmos səyahətinə saatlar qalıb. Prezident Ərdoğanın liderliyində həyata keçirilən kosmos layihəsi üçün Türkiye nəfəsini tutub. İlk türk astronavtı Alper Gezeravcı Beynəlxalq Kosmik Stansiyaya göndəriləcək.

Hürriyet: Ərdoğan Türkiyenin kosmosa gedəcək ilk astronavtı ilə görüşdü

Prezident Ərdoğan 18 yanvar 2024-cü il cümə axşamı günü Türkiye vaxtı ilə saat 01:11-də kosmosa çıxacaq Türkiyenin ilk kosmos sərnişini Alper Gezeravcı ilə videokonfrans vasitəsilə görüşüb.

Ərdoğan "X" media platformasından etdiyi paylaşımda "Kosmosa yola salacağımız ilk türk astronavtımız inkişaf edən, güclənən və iddia sahibi Türkiyenin yeni bir nişanəsidir" ifadəsindən istifadə edib.



Әlaqәli Xәbәrlәr