Türkiye mətbuatı, 12 yanvar 2024

"Star", "Hürriyet", "Haber Türk”, "Sabah" və "Yeni Şafak" bu gün nələrdən yazır?

2087670
Türkiye mətbuatı, 12 yanvar 2024

 

"Star": Nazir Yaşar Gülər Montrö Boğazlar Konvensiyasını vurğuladı

  Türkiyə, Rumıniya və Bolqarıstanın arasında Qaradəniz Minalarına Qarşı Tədbirlər İş Qrupu Memorandumu imzalandı. Mərasimdə çıxış edən Türkiyənin milli müdafiə naziri Yaşar Gülər sözügedən mövzu ilə bağlı deyib: “Biz regional və qlobal təhlükəsizlik, sülh və sabitliyin bərqərar olmasına çalışırıq. Montrö Boğazlar Konvensiyasını diqqətlə, məsuliyyətli və qərəzsiz şəkildə icra etdik".

"Hürriyet": Yunanıstan adaları üçün viza sadələşdirilməsi mart ayından başlayır

  Yunanıstanın baş naziri Kiryakos Mitsotakis Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla 3 dəfə görüşdükdən sonra iki ölkə arasındakı əlaqələrin  daha nikbin olduğunu söyləyərək Türkiyə vətəndaşlarının Yunanıstan adalarına vizasız getməsinə imkan yaradacaq razılaşmanın mart ayından qüvvəyə minəcəyini bildirib. 

"Haber Türk”: "Bozdoğan" və "Gökdoğan" raketlərinin dizayn yoxlama sınaqları tamamlandı

  Türkiyə Müdafiə Sənayesi İdarəsinin sədri Haluk Görgün "Bozdoğan" və "Gökdoğan" raketlərinin dizayn yoxlama sınaqlarının tamamlandığını bildirərək "Raketlərimiz qəbul sınaqlarına hazırdır" deyib.

"Sabah": TOGG-un yeni modeli "CES 2024" sərgisində rəğbətlə qarşılandı

  Türkiyənin mobillik sahəsində xidmət göstərən qlobal texnologiya markası TOGG Amerika Birləşmiş Ştatlarının Las-Veqas şəhərində keçirilən, dünyanın ən böyük istehlak elektronikası sərgisi olan “CES-2024”də yerini alıb.  Dünya səhnəsinə çıxan "T10F" modeli rəğbətlə qarşılanıb. Elektromobil sahəsində dizayn işlərilə məşğul olan amerikalı Kimberli Cavaheri "Dizayn möhtəşəm və çox gözəldir. Ümumilikdə çox təsirləndim" deyib.

"Yeni Şafak": Dünyanın ən yaxşı 20 şorbası seçildi ki, arasında Türkiyədən olan da var

  "CNN Travel" dünyanın ən yaxşı 20 şorbasını açıqlayıb. Türkiyə mətbəxindən “Yayla şorbası” da ləzzətli şorbalar sırasına daxil edilib.



Әlaqәli Xәbәrlәr