Türkiyə mətbuatı, 11 yanvar 2024

“Hürriyet”, “Star”, “Yeni Şafak”, “Haber Türk” və “Sabah” nələrdən yazır?

2087231
Türkiyə mətbuatı, 11 yanvar 2024

 

“Hürriyet”: Ərdoğan “İsrail çaşıb, gözləyin, bu hələ ilk addımdır” dedi

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yanvarın 10-da Milli Kəşfiyyat Təşkilatının (MİT) 97-ci ildönümü tədbirində MİT-in “Mossad”a qarşı əməliyyatını dəyərləndirərək bunları söyləyib: "Ölkəmizdə İsrailin casusluq şəbəkəsini ortaya qoyan təşkilatımız bizi təhdid edənlərə cavabımızı çox açıq şəkildə verdi. İsrail çaşqındır. Gözləyin, bu hələ ilk addımdır. Türkiyəni tanımağa məhkumsunuz."

“Star”: MİT-in sədri Kalın "Kurulduğunu elan etməkdən məmnunluq duyuram" dedi

  MİT sədri İbrahim Kalın yanvarın 10-da Milli İstihbarat Təşkilatının 97-ci ildönümü tədbirində çıxış edərək söyləyib: "Türkiyənin kəşfiyyat nəzəriyyəsində də söz sahibi olması üçün Milli Kəşfiyyat Akademiyasının qurulduğunu elan etməkdən məmnunam".

“Yeni Şafak”: Nazir Fidanın Tacikistanda mühüm görüşləri

  Türkiyənin xarici işlər naziri Hakan Fidan 10 yanvarda Tacikistana rəsmi səfərə gedib və ölkə prezidenti İmomali Rəhmanla görüşüb. Nazir H.Fidan tacikistanlı həmkarı Sirojiddin Muhriddin ilə də görüşüb, ikitərəfli əlaqələr və regional məsələləri müzakirə edib.

“Haber Türk”: 2023-cü ildə Türkiyədən 151,6 milyon dollarlıq fıstıq ixrac edilib

  2023-cü ildə Türkiyədən 96 ölkəyə fıstıq ixracından 151 milyon 568 min dollar gəlir əldə edilib. Türkiyənin ən çox fıstıq ixrac etdiyi ölkələrdən biri Almaniyadır. Ötən il Almaniya Türkiyədən 36 milyon 9 min dollarlıq fıstıq alıb. Almaniyadan sonra 22 milyon 460 min dollarla İtaliya və 12 milyon 628 min dollarla isə İraq gəlir.

“Sabah”: Aksungur” PUA-dan şad xəbər

  Türkiyədə yerli və milli resurslarla istehsal edilən “Aksungur” pilotsuz uçuş aparatı ilə bağlı şad xəbər var: daha bir ilkə imza atan “Aksungur” PUA milli mühərriki TEİ-PD170 ilə 41 saatlıq uçuş həyata keçirib.



Әlaqәli Xәbәrlәr