Türkiye mətbuatı, 5 yanvar 2024

Türkiye mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi.

2084464
Türkiye mətbuatı, 5 yanvar 2024

"Hürriyet": İraq və Suriyanın şimalında son bir həftədə 36 terrorçu zərərsizləşdirilib

Terrorla mübarizədə qətiyyət mesajı verən Milli Müdafiə Nazirliyi "Terrorçular onları gözləyən sondan qaça bilməyəcək. Son bir həftədə İraq və Suriyanın şimalında 36 terrorçu zərərsizləşdirilib", -deyə açıqlama verib.

"Star": MİT 200 kilometr məsafədən vurdu

Türkiye Milli Kəşfiyyat Təşkilatı (MİT) Türkiyeyə qarşı əməliyyat planları hazırladığı aşkarlanan PKK/KCK terrorçusu Sadık Şeyx Əhmədi Türkiye sərhədinə təxminən 200 kilometr məsafədəki İraqın Süleymaniyyə şəhərində zərərsizləşdirib.

"Sabah": Nazir Uraloğlu açıqladı: "Sərnişin tutumu 82 milyona yüksəlir"

Nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Antalyanın dünyanın əhəmiyyətli turizm mərkəzlərindən biri olduğuna diqqət çəkərək, Antalya Hava Limanının Genişləndirilməsi Layihəsi çərçivəsində sərnişin tutumunu 35 milyondan 82 milyona çatdırmağı hədəflədiklərini ifadə edib.

"Vatan": Kapadokiyada 4 milyon 826 min ziyarətçi ilə rekord

Türkiyenin əhəmiyyətli turizm mərkəzlərindən biri olan Kapadokiya bölgəsində 2023-cü ildə 4 milyon 826 min 622 yerli və xarici turistlə ziyarətçi rekordu qırılıb.

"Haber Türk": Alperen Şengün fırtınası

NBA-da "Houston Rockets"də oynayan milli basketbolçumuz Alperen Şengün çıxışı ilə gündəmdə yer tutmağa davam edir. Bu mövsüm ümumilikdə 32 matça çıxan gənc ulduz statistikada komandasının zirvəsində olub və NBA-da bir çox ulduzu geridə qoyub.



Әlaqәli Xәbәrlәr