Türkiye mətbuatı: 4 yanvar 2024

Türkiye mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi.

2083953
Türkiye mətbuatı: 4 yanvar 2024

''Haber Türk'':  Rəcəb Tayyib Ərdoğan İrana başsağlığı verdi
Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğan İranın Kirman vilayətində törədilən  terror aktlarına görə kədərləndiyini bildirib. Ərdoğan deyib: “Dost və qardaş İran xalqına başsağlığı verirəm”.

''Star'': Rəcəb Tayyib Ərdoğan İbrahim Rəisi ilə telefon əlaqəsi saxlayıb

Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğan İran prezidenti İbrahim Rəisi ilə telefon əlaqəsi saxlayıb. Söhbət zamanı İbrahim  Rəisinin Türkiyeyə edəcəyi səfərin sonrakı tarixə təxirə salınması qərara alınıb.

''Sabah'': Hakan Fidan İsrailə Livanla bağlı xəbərdarlıq edib

Türkiyenin xarici işlər naziri Hakan Fidan bəzi israillilərin müharibəni Livana yaymaq istədiyi barədə xəbərdarlıq edib. Hakan Fidan deyib: “Bu yol çıxılmaz nöqtədir. Əgər belə bir şey olarsa, bu müharibə təbii ki, bitməyəcək. Əksinə, əgər məsələ həll olunacaqsa, diqqətimizi sülhə və iki dövlətli həllə yönəltməliyik''.

''Hürriyet'': Qızıl Aypara Cəmiyyətinin ikinci yardım gəmisi Qəzzaya çatdı
Qızıl Aypara Cəmiyyətinin göndərdiyi ikinci yardım gəmisi Qəzzaya çatıb. Qızıl Aypara Cəmiyyəti Qəzzaya  107 ton humanitar yardım göndərib.

''Yeni Şafak'': Türk podratçılar böyük uğura imza atdı
Türkiyenin beynəlxalq podratçılar sektoru 2023-cü ildə 27,4 milyard dollar dəyərində layihələr icra edib. 135 ölkədə həyata keçirilən layihələrin ümumi dəyəri 501 milyard 900 milyon dollara yüksəlib. İspaniyadakı Barselona klubunun stadionun təmiri layihəsi xaricdə qazanılan simvolik layihələrdən biri oldu.



Әlaqәli Xәbәrlәr