Türkiyə mətbuatı, 3 yanvar 2024

“Sabah”, “Vatan”, “Star”, “Haber Türk” və “Hürriyet” nələrdən yazır?

2083518
Türkiyə mətbuatı, 3 yanvar 2024

 

 “Sabah”: Ərdoğan “Cümhuriyyət tarixində ixracat rekordu qırıldı” dedi

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yanvarın 2-də verdiyi açıqlamada 2023-cü ilin ixracının əvvəlki ilə nisbətən 0,6 faiz artaraq 255 milyard 809 milyon dollara çatdığını bildirib və “Cümhuriyyət tarixinin ixrac rekordu qırıldı” deyib.

“Vatan”: PKK-nın qondarma başçısı Süleymaniyyədə zərərsizləşdirildi

  Türkiyənin Milli Kəşfiyyat Təşkilatı terror təşkilatı PKK-nın sözdə narkotik tacirlərindən biri olan Əbdülmütalip Doğrucini Süleymaniyyə çölündə zərərsizləşdirib.

“Star”: Yunanıstanda Türkiyə vurğu

  Yunanıstan mətbuatında Türkiyə-Yunanıstan münasibətlərinin təhlili dərc olunub. Ölkənin dövlət kanalı ERT "2024-cü il Türkiyə-Yunanıstan əlaqələri üçün çox əhəmiyyətlidir" deyə bildirib.

“Haber Türk”: Karabükdə pul qutusundan 1400 il əvvələ aid 10 sikkə tapıldı

  Türkiyənin Karabük rayonunun Eskipazar qəsəbəsindəki Hadrianopolis antik şəhərində aparılan arxeoloji qazıntılar zamanı təxminən 1400 ilə aid küplərdə olan 10 sikkə aşkar edilib. Sikkələrin II Konstana - eramızın 641-666-cı illərinə aid olduğu bildirilib.

“Hürriyet”: Antalyada turizm rekordu qırılıb

  Türkiyənin Antalya şəhəri 2023-cü ildə 15 milyon 689 min 258 xarici turisti qəbul edərək rekord qırıb. Şəhər keçən il 3 milyon 461 min 762 turistlə Rusiyadan gələn qonaqları qəbul edib.



Әlaqәli Xәbәrlәr