Türkiyə mətbuatı, 29 dekabr 2023

“Sabah”, “Yeni Şafak”, “Haber Türk”, “Star” və “Hürriyet” bu gün nələrədn yazır?

2081969
Türkiyə mətbuatı, 29 dekabr 2023

 

 “Sabah”: Ərdoğanın “Milli sağ qalma” vurğusu

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Muxtarlar Toplantısında etdiyi çıxışında deyib: "Terrorçuları öz mağaralarında, öz yuvalarında məhv edirik. 59 terrorçu zərərsizləşdirildi. Bizim qırmızı xəttimiz milli varlığımızın əsasını təşkil edən tək millət, tək bayraq, tək vətən, tək dövlət prinsipinə riayət etməkdir".

“Yeni Şafak”: “Əlçatmaz” deyilən yerlər artıq nəzarət altındadır

  Türkiyə Milli Müdafiə Nazirliyi bildirib: "Türkiyə Silahlı Qüvvələrimiz PKK/KCK/PYD-YPG, DEAŞ və FETÖ terror təşkilatları başda olmaqla, hər cür təhdid və təhlükəyə qarşı fasiləsiz və qətiyyətli mübarizəni davam etdirir. Əlçatmaz adlandırılan yerlər indi nəzarət altındadır."

“Haber Türk”: "ANKA-3” ilk uçuşunu uğurla tamamladı

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Aerokosmik Sənayesi Anonim Şirkəti - TAİ tərəfindən hazırlanan pilotsuz döyüş təyyarəsi – “ANKA-3”ün ilk uçuşunu uğurla başa vurduğunu bildirdi.

“Star”: ABŞ – “F-16” çıxılmazı həll olunur

  Türkiyə Prezident Aparatı xarici siyasət və təhlükəsizlik üzrə baş müşaviri Akif Çağatay Kılıç ABŞ Konqresində “F-16”larla bağlı işlərin intensivləşdiyini bildirərək “Razılaşmadığımız məqamlar azalıb” dedi.

 

“Hürriyet”: Çelikdən Netanyahuya reaksiya

  Türkiyə Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çelik İsrailin Qəzzaya hücumlarına reaksiya verərkən bunları söyləyib: “Mülki insanlara qarşı heç bir ayrı-seçkilik etmədən tarixin ən qəddar təcavüzünü həyata keçirən İsrail baş naziri Netanyahunun prezidentimizi hədəf alan sözləri əsassızdır. Netanyahu nifrətlə xatırlanacaq və bir gün qanun qarşısında hesabat verəcək”.



Әlaqәli Xәbәrlәr