Türkiye mətbuatı:20 dekabr 2023

Türkiye mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi.

2078575
Türkiye mətbuatı:20 dekabr 2023

''Sabah'': Rəcəb Tayyib Ərdoğan: ''Aİ artıq  bu səhvindən vaz keçməlidir''

Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğan Macarıstandan qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb.Türkiyenin Avtopa İttifaqına tam hüquqlu üzvlük prosesinə toxunan Rəcəb Tayyib Ərdoğan deyib: "Avropa İttifaqına üzv olmağa bir sıra  üzv ölkədən daha çox  hazır olan Türkiyeni siyasi maneələrə görə illərdir gözlətmək yanlışdır. Aİ artıq  bu səhvindən vaz keçməlidir''.

''Star'': Viktor Orban: ''Türkiye olmadan təhlükəsizlik təmin oluna bilməz''
Macarıstanın paytaxtı Budapeştə səfər edən Rəcəb Tayyib Ərdoğanın keçirdiyi görüşlər Macarıstan mətbuat orqanları tərəfindən geniş işıqlandırılıb. Rəcəb Tayyib Ərdoğanla Macarıstanın baş naziri Viktor Orban arasında keçirilən görüşü “Türklər və Macarlar 21-ci əsrin birgə qalibləri olacaq” başlığı ilə manşetə çıxaran Macarıstan mətbuat orqanları  Viktor Orbanın “Türkiyesiz Macarıstanın təhlükəsizliyi yoxdur” şəklindəki ifadələrinə də yer verib.

''Hürriyet'': Xarici işlər naziri Hakan Fidan İraqın xarici işlər naziri Fuad Hüseyn ilə görüşüb

Xarici işlər naziri Hakan Fidan dünən İraqın xarici işlər naziri Fuad Hüseynlə görüşüb. Xarici İşlər Nazirliyinin rəsmi ''X'' səhifəsində edilən  paylaşımda Hakan Fidanın Ankarada Fuad Hüseyni qəbul etdiyi bildirilib.

''Vatan'': Türkiye Xarici İşlər Nazirliyi Çinə başsağlığı verdi
Türkiyenin Xarici İşlər Nazirliyi Çində baş verən zəlzələ ilə əlaqədar bu ölkəyə başsağlığı verib.
Türkiye XİN-dən verilən bəyanatda bu ifadələrə yer verilib: ''Çində baş verən zəlzələ nəticəsində həyatını itirənlərin ailələrinə, Çin xalqına və hökumətinə başsağlığı veririk".

''Haber Türk'': Dünyanın ən yaxşı 3 min universiteti arasında Türkiyenin 119 universitet var
Türkiyenin 119 universiteti ODTÜ İnformatika İnstitutu nəzdində Akademik Performansa Görə Tədqiqat Laboratoriyasının Universitet Sıralaması (URAP) tərəfindən açıqlanan "dünyanın ən yaxşı 3 min universiteti" reytinqinə daxil olub. Ən yaxşı reytinqə malik universitet Hacettepe Universiteti olub.



Әlaqәli Xәbәrlәr