Türkiyə mətbuatı, 18 dekabr 2023

“Yeni Şafak”, “Sabah”, “Haber Türk”, “Hürriyet” və “Star” bu gün nələrdən yazır?

2077709
Türkiyə mətbuatı, 18 dekabr 2023

 

“Yeni Şafak”: ABŞ-a təsir xatırlatma

  Türkiyənin xarici işlər naziri Hakan Fidan amerikalı həmkarı Entoni Blinkenlə telefon danışığında Qəzzaya hücumları dayandırmaq üçün ABŞ-ın İsrailə təsirindən istifadə etməli olduğunu xatırladıb.

“Sabah”: Koca “Bütün peyvəndlər Türkiyədə istehsal olunacaq" dedi

  Türkiyənin səhiyyə naziri Fəxrəddin Koca deyib: "Türkiyədə quduzluq, Hepatit A, suçiçəyi kimi uşaqlıq peyvəndi proqramında texnologiya transferi ilə 3 peyvənd istehsal edəcəyik. 2028-ci ildə bütün peyvəndlər 100 faiz Türkiyədə istehsal olunacaq".

“Haber Türk”: Türkiyə 19 kənd təsərrüfatı məhsulu istehsalında dünyada ilk 4-cü yerdədir

  Türkiyə Əkinçilik Palataları Birliyinin sədri Şəmsi Bayraktar Türkiyənin dünyada 19 kənd təsərrüfatı məhsulu istehsalında ilk dördlükdə olduğunu bildirərək “Ölkəmiz bir çox kənd təsərrüfatı məhsulları, xüsusilə meyvə-tərəvəzlər üzrə dünyada birinci yerdədir” deyib.

“Hürriyet”: Harri Potter İstanbulu seçdi

  Harri Potter həvəskarlarını bir araya gətirən dünyada dördüncü "Sehrbazlar dünyası" mağazası üçün İstanbul seçildi. London, Nyu York və Tokiodan sonra İstanbulda bu adda məhdud sayda mağaza açılıb.

“Star”: Dünyanın ən böyüyü – “Eczacıbaşı Dynavit

  Çində keçirilən FİVB Qadınlar arasında Klublararası Dünya Çempionatı Türkiyə finalına şahidlik edib. Finalda “VakıfBank”ı 3-2 hesabı ilə məğlub edən “Eczacıbaşı Dynavit” komandası çempion olub.



Әlaqәli Xәbәrlәr