Türkiyə mətbuatı, 5 dekabr 2023

“Vatan”, “Hürriyet”, “Haber Türk”, “Star” və “Yeni Şafak” nələrdən yazır?

2072507
Türkiyə mətbuatı, 5 dekabr 2023

 

“Vatan”: Ərdoğan “Qərb qırğınlara kor və kardır” dedi

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin Qəzzada törətdiyi qırğınların Qərbin əsl üzünü göstərdiyini bildirib: “Qərb ölkələri daha çox uşağın öldürülməsi üçün İsrailə qeyd-şərtsiz dəstək verir”.

“Hürriyet”: Ərdoğan “Netanyahu Miloşeviç kimi mühakimə olunmalıdır”

  Türkiyə prezidenti R.T.Ərdoğan Qəzzanın qəssabı İsrailin baş naziri Binyamin Netanyahunun müharibə cinayətkarı olmaqla yanaşı, Srebrenitsada soyqırımda günahlandırılan keçmiş Serbiya prezidenti Slobodan Miloşeviç kimi mühakimə ediləcəyini bildirib.

“Haber Türk”: Türkiyədən İsrailə xəbərdarlıq

  Türkiyə kəşfiyyat mənbələri İsrailin Türkiyə də daxil olmaqla Fələstin xaricində yaşayan “Həmas” üzvlərini hədəf alacağına dair beynəlxalq mətbuatda yer alan xəbərlər və İsrail rəsmilərinin bu istiqamətdəki açıqlamaları əsasında həmsöhbətlərə lazımi xəbərdarlıqların edildiyini və bunun əksi ilə bağlı ciddi nəticələrin olacağını bildirib.

“Star”: 4 Türkiyə nəhəngi siyahıya girdi

  Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SİPRİ) “100 ən yaxşı müdafiə sənayesi şirkəti” siyahısına 4 Türkiyə şirkəti daxil olub. Siyahıda “Aselsan” 60, “Baykar” 76, “Turkish Aerospace İndustries” 82, “Roketsan” 100-cü yerdə qərarlaşıb.

“Yeni Şafak”: “Air China” İstanbul hava limanının xidmət göstərəcəyi 100-cü hava yolu şirkətidir

  Taylandın hava yolu şirkəti “Thai Airways”in uçuşlara başlaması ilə 99-cu aviaşirkətinə xidmət göstərən İstanbul Hava Limanına hava limanlarının marağı davam edir. Hava limanından uçan 100-cü aviaşirkət Çinin “Air China” aeroportu olub. İlkin mərhələdə “Air China” Pekindən İstanbula qarşılıqlı uçuşlar təşkil edəcək.



Әlaqәli Xәbәrlәr