Türkiyə mətbuatı, 4 dekabr 2023

“Hürriyet”, “Sabah”, “Yeni Şafak”, “Vatan” və “Star” nələrdən yazır?

2072208
Türkiyə mətbuatı, 4 dekabr 2023

 

“Hürriyet”: Xarici İşlər Nazirliyinin sözçüsü Keçəlidən İsrail nazirinə reaksiya

  Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli İsrailin xarici işlər naziri Eli Koenin sosial media hesabından paylaşımına reaksiya göstərərək "İşğalçı dövlətin mülki əhaliyə qarşı vəhşicəsinə hücumları heç bir halda özünümüdafiə kimi qəbul edilə bilməz" deyib.

“Sabah”: Kurtulmuş “İsrail Fələstindəki xəstəxananı bombaladı, bütün dünya seyr etdi, bəşəriyyət haradadır” dedi

  Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş açıqlamasında İsrail zülmünə səssiz qalan ölkələrə reaksiya verərək “İsrail Fələstindəki xəstəxananı bombaladı. Otuzdan çox körpə qışqıra-qışqıra öldü. Bütün dünya seyr etdi. İnsanlıq harada qalıb?” deyə sual etdi.

“Yeni Şafak”: “Pəncə-Kilid” bölgəsində SİHA-larla əməliyyat

  Dekabrın 3-də İraqın şimalında “Pəncə-Kilid2 əməliyyatı bölgəsində aşkarlanan 3 PKK terrorçusu Türkiyə Silahlı Qüvvələri tərəfindən silahlı PUA-larla zərərsizləşdirilib.

“Vatan”: Xarici ticarətdə yeni rekord

  Türkiyənin ticarət naziri Ömər Bolat 2023-cü ilin noyabr ayında xarici ticarətin tarixin ən yüksək səviyyəsinə çatdığını açıqlayıb: “Noyabr ayında 23,01 milyard dollarlıq ixracat edilib”.

“Star”: Toprak Razqatlıoğlu “Məqsədimiz dünya çempionu olmaqdır” dedi

  Superbike Dünya Çempionatını 552 xalla 2-ci yerdə başa vuran Türkiyə milli motosikletçisi Toprak Razqatlıoğlu yeni mövsüm üçün imza atdığı komanda ilə gələn səfər dünya çempionu olmağı hədəflədiyini bildirib.



Әlaqәli Xәbәrlәr